Erməni politoloq: "ABŞ Qarabağ ermənilərinin taleyinə biganədir"

Erməni politoloq: Ötən həftə ABŞ-ın Ermənistandakı səfirinin bəyanatı düşmən ölkədə əməlli şok yaşatdı. Səfir Kristina Kuinn açıqlaması, ABŞ-ın Azərbaycanın Qarabağ bölgəsində yaşayan etnik ermənilərin təhlükəsizliyinə inam ifadə etməsi ilə bağlı idi.
Amerikalı diplomatın Ermənistan İctimai Televiziyasında səsləndirdiyi fikirlər əslində rəsmi Vaşinqtonun yanaşmasıdır. Cənubi Qafqazdan Rusiyanı sıxışdırıb çıxarmağa çalışan Qərb, Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasını təmin etməklə rəqibini bu bölgən çıxarmağı tezləşdirmək istəyir.
Bunu erməni siyasətçilər də yaxşı anlayır və ABŞ-ın siyasətini ayrı-ayrı formalarda şərh edirlər. Ermənilər əvvəlcə Qərbin Azərbaycana təzyiq edəcəyini düşünsələr də yanıldıqlarını başa düşdülər. Burada onlar təzyiq deyəndə ölkəmizə qarşı sanksiyalar tətbiq olunacağına da əmin idilər. Amma ABŞ dövlət Katibi Entoni Bilinkenin – "Azərbaycana qarşı hər hansı sanksiya müzakirə mövzusu deyil" – fikri erməniləri və onların dostlarını bir qədər də düşünməyə vadar etdi.
İndi erməni politoloqların müzakirə etdiyi məsələ Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə Amerikanın zəmanət verməsidir. Politoloq Karine Gevorkyan Ermənistan mətbuatına açıqlamasında Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasından sonra ABŞ-ın onların təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini deyib:
"ABŞ-ın Azərbaycana təzyiq etmək istəyi yoxdur. Deməli, sanksiyadan söhbət gedə bilməz. Amma gördüyünüz kimi ABŞ Rusiya və İrana qarşı asanlıqla sanksiyalar tətbiq edir. Əgər ABŞ Qarabağ ermənilərini qorumaq istəsəydi Azərbaycana sanksiyalar tətbiq edərdi. Ancaq bunu etmirlər", – deyə Gevorkyan bildirib.
Qarabağdakı ermənilər ölkəmizin vətəndaşlarıdır və onların Azərbaycana inteqrasiyası başa çatandan sonra dövlətimiz bütün təhlükəsizlik tədbirlərini həyata keçirəcək. Ermənilər bu məsələdə siyasi divident qazanmaq üçün müxtəlif formalarda manipulyasiya etsə də, ictimaiyyətin diqqətini yayındırsa da məqsədlərinə nail ola bilməyəcəklər.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 10 iyul 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xəbərlər bugün son xeber.az novruz bayramı cebheden xeber