Ermənilər İsveç – Azərbaycan matçında təxribat törətməyi planlaşdırırlar

Ermənilər İsveç – Azərbaycan matçında təxribat törətməyi planlaşdırırlarİsveçdəki erməni icmasının üzvləri martın 27-də futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu ölkənin Stokholm şəhərində keçiriləcək İsveç – Azərbaycan matçında təxribat törətməyi planlaşdırırlar.
KONKRET.az xəbər verir ki, bu barədə "Report"a İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev məlumat verib.
Diaspor rəhbəri qeyd edib ki, bununla bağlı hazırda İsveçin hüquq-mühafizə orqanlarında işləyən, eyni zamanda Konqresin üzvləri olan dostları xəbərdarlıq ediblər: "Bizə məlumat verdilər ki, Azərbaycanla oyuna bilet alıb təxribat törətmək, orada siyasi məsələləri qabartmaq istəyirlər. Bunların arasında azərbaycanlı ekofəalların Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirdikləri etiraz aksiyasını hədəf alan şüarlar da var. Həmçinin sosial şəbəkələrdə də yazırlar ki, ermənilər oyun üçün 100 bilet alıb İsveç və "Arsax" bayraqları ilə stadiona gəlmək, üzərində "Laçın yolu açılsın" yazılmış banner açmaq istəyirlər".
Emil Mirzəyev vurğulayıb ki, artıq məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlayıblar: "Səfirimiz – cənab Zaur Əhmədov başda olmaqla, bu məsələni qaldırdıq. İsveç qanunlarına görə, futbolda heç bir siyasi lozunq ola bilməz. Bizim azarkeşlərimiz üçün ayrılmış sektora başqa ölkənin vətəndaşları bilet ala bilməzlər. İstəyirik ki, hüquq-mühafizə orqanları məsələni diqqətdə saxlasınlar. Həmçinin oyuna bir neçə gün qalmış İsveç Futbol Federasiyasında bu məsələni qaldırmaq istəyirik. Bilirsiniz ki, "Sabah"ın idman direktoru İqor Ponomaryov İsveçdə yaşayır. Onunla da danışmışıq. Ponomaryov mümkün təxribat barədə AFFA-ya məlumat verib ki, təhlükəsizlik məsələlərinə ciddi yanaşsınlar".
O bildirib ki, İsveç Azərbaycanlıları Konqresi olaraq sözügedən oyuna ciddi hazırlaşırlar: "Səfirimizin dəstəyi ilə görüşə maksimum dərəcədə çox insan cəlb etməyə çalışırıq. Ona görə də 115-ci, 116-cı, 117-ci və 118-ci sektorları azərbaycanlı azarkeşlərlə dolduracağıq. Hamımız doğma komandamıza bayraqlarla dəstək olacağıq. İsveçin bir çox şəhərlərində nümayəndələrimiz, dərnəklərimiz var. Konqres üzvləri, dərnək sədrləri öz adamları ilə paytaxta gələcəklər".
Emil Mirzəyev xatırladıb ki, bu, ermənilərin ilk belə təxribat cəhdi deyil: "2016-cı ildə Aprel döyüşləri olanda burada erməni diasporu ilə toqquşmamız oldu. Etiraz mitinqləri, maşın yürüşü təşkil etmişdik. Ermənilər də yolu bağlamışdılar. Bəzi soydaşlarımızın maşınlarını sındırmışdılar".
Qeyd edək ki, martın 27-də Stokholmun Solna bölgəsindəki "Friends Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

İdman       Tarix: 24 fevral 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Arsen Venger Bakıya gəldi

FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri, "Arsenal"ın əfsanəvi sabiq baş məşqçisi Arsen Venger Bakıya gəlib. İdman.biz-ə istinadla xəbər verir ki, fransalı mütəxəssis paytaxtda keçirilən FIFA U-15 Dünya Çempionat

ÇL: Bu gün daha 9 oyun var

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində II turun son oyunları keçirilir. KONKRET.azxəbər verir ki, turun ikinci oyun günündə də futbol azarkeşlərini maraqlı qarşılaşmalar gözləyir. 21 oktyabr

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

Konfrans Liqası: bu gün 18 oyun var

UEFA Konfrans Liqasında Liqa mərhələsinin II turunun oyunlarına bu gün start veriləcək. xəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu evdə Şotlandiyanın "Harts" komandası ilə üz-üzə gələcək. UEFA Konfran

"Şamaxı" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında VII tur bu gün keçiriləcək iki qarşılaşma ilə davam edəcək. xəbər verir ki, ikinci oyun günündə əvvəlcə Zirə İdman Kompleksinin stadionunda saat 17:00-da "Zirə" və "Şamaxı" komandalar

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə

"Oyun bir qədər çirkin alındı" - Dambrauskas

Bu gün Misli Premyer Liqasının VII turu çərçivəsində keçirilən "Neftçi" -"Sabah" matçı qolsuz bərabərliklə başa çatıb. xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Neftçi"

"Barselona" rekord qırdı

"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Barselona" cari mövsümdə qazandığı nəticələrlə diqqət çəkib. xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının məlumatın


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbərlər bugün 2026 son xəbər dunyada son xeberler xeberler bugun 2026