"Ermənilər Lavrovun son açıqlamalarına görə sevinirlər"- Vardanyan

"Lavrovun müsahibəsində mən ermənipərəst heç nə görmürəm, bunlar Ermənistanın maraqlarından irəli gəlməyən tamamilə anti-erməni bəyanatları idi, amma yeganə müsbət tərəfi odur ki, cəmiyyətimizin gözünü açır və aydın olur ki, Rusiya hakimiyyəti son illər bir çox məsələlərdə hədsiz anti-erməni mövqe sərgiləyib".
KONKRET.az xəbər verir ki, bu fikirləri erməni politoloq Armen Vardanyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "Rossiya 24" telekanalına müsahibəsində verdiyi açıqlamaları şərh edərkən səsləndirib.
O bildirib ki, bu bəyanatlar Ermənistan mətbuatında fərqli şərh olunur:
"Bəziləri Lavrovun Azərbaycana məxsus ərazilərin onlara qaytarıldığını deməsinə sevinir. Bəziləri isə təhlükəni Ermənistanın adının hallanmasında görür. Yəni Dağlıq Qarabağ münaqişəsində işğalçı tərəf Ermənistan hesab olunur", – deyə Vardanyan  bildirib.
Onun sözlərinə görə, Ermənistanda bəzi dairələr siyasi vəziyyətə əsaslanaraq, yaranmış situasiyaya görə günahı ölkənin hazırkı hakimiyyətinin üzərinə qoyur:
"Lakin reallıq budur ki, 2016-cı ilin yanvarından Rusiya hakimiyyəti Ermənistana torpaqları geri qaytarmağı təklif edir və bu, bildiyiniz kimi, "Lavrovun planı" idi. Bəzi müxalifət dairələrinin Nikolu anti-Rusiya dairələrinin nümayəndələrinin təyin etdiyini deməsi tamamilə həqiqətə uyğun deyil", – deyə erməni politiloq qeyd edib.
Lavrovun açıqlamalarında yeni nəsə varmı sualına Armen Vardanyan belə cavab verib:
"Təbii ki, yeni heç nə yoxdur. Müharibədən sonra da Lavrov oxşar bəyanatla çıxış etmişdi. O deyirdi ki, torpaqlar verilməli idi və verildi. Ermənistan sadəcə olaraq, sülh yolundan imtina etdi və bu, müharibə yolu ilə baş verdi. Lavrovun dediklərində yeni heçnə yoxdur", – Vardanyan deyib.
Ermənistanın açıq şəkildə işğalçı adlandırılması və müttəfiqin bunu etməkdə hansı motivləri olması sualına isə Vardanyan belə cavab verib:
"Əslində bu mövzuda çoxlu manipulyasiyalar var. Siyasi qüvvələr bunu öz bildikləri kimi şərh edir, bəziləri deyir ki, hazırda Ermənistanda anti-Rusiya hakimiyyəti var, ona görə də özlərini belə aparırlar. Əslində problem daha dərindədir. Məncə, buna səbəb Ermənistanın Robert Köçəryandan başlayaraq keçmiş hakimiyyət orqanlarının illər ərzində tədricən Ermənistanı Rusiyaya tabe etməsi, rəsmi Moskvadan asılı vəziyyətə salmasıdır. Biz hər şeyi ruslara verdik və Rusiya Federasiyası Ermənistanın indi öz cibində olduğunu, onun təsiri altında yaşadağını, heç yerə gedə bilməyəcəyini yaxşı bilir", – deyə erməni politiloq əlavə edib.
Günel Mikayılova,
KONKRET.az

Siyasi       Tarix: 04 fevral 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?

Avropa ölkələri ABŞ prezidenti Donald Trampın Rusiya ilə yalnız Ukraynadakı müharibənin dayandırılmasını deyil, bütövlükdə Avropanın təhlükəsizlik sisteminin yenidən qurulmasını nəzərdə tutan "Böyük sövdələşmə"

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta mezennesi 2026 sonxeber.az cəbhədən xəbər xeberler bugun