Ermənilər maşın bazarı açır - 100 milyonlarla valyuta əlimizdən çıxa bilər

Ermənilər maşın bazarı açır - 100 milyonlarla valyuta əlimizdən çıxa bilər("İmkanlar və problemlər" silsiləsindən)
Dostlar, məni narahat edən bəzi məsələləri oxucularla bölüşmək, öz təkliflərimi vermək istəyirəm. Bir az cavan, yəni "duza gedən" vaxtlarımda mən bu cür məsələləri mütəmadi olaraq mətbuata çıxarırdım, düşünürdüm ki, kimsə oxuyar, bir tədbir görər. Amma gec də olsa, başa düşdüm ki, bizdə heç kim heç kimin kitabını oxumur, oxuyanı da yazının dadı yox, yazanın adı maraqlandırır. Yəni ki, mən milli maraq kəsb edən böyük bir problem qaldırsam da, heç kim ona əhəmiyyət verməyəcək. Amma sıradan olan bir deputat yeraltı keçiddə qarğıdalı satıb millətə "ziyan vuran" uşağı qovmağı tələb edərsə, "millətin qeyrətin çəkən" şəxslər dərhal ora yüyürəcək, uşağı "linç" edəcək…
Məsələ ondadır ki, mən gənc yaşlarımdan yaxşı maşın azarkeşiyəm. Yox, mən maşın allmağın və satmağın azarkeşi deyiləm – buna nə həvəsim, nə də imkanım var. Mən maşın bazarlarını internetdə izləyirəm, Almaniyanın, Amerikanın, Yaponiyanın, Rusiyanın, Gürcüstanın, hətta İranın və Ermənistanın maşın bazarlarına girirəm, baxıram. Hansı maşın harda neçəyədir, hansı maşın dəbdədir, daha çox alınan hansıdır, ən ucuz, ən baha maşın bazarı hardadır və s.  Məsələn, COVID-ə qədər postsovet məkanında ən çov dəbdə olan krossover BMW X5, sedan isə Toyota Camry idi. Məlum olduğu kimi, son vaxtlara qədər Qafqazın, az qala bütün postsovet məkanının ən ucuz maşın bazarları Gürcüstanda (Batumidə Avtobazar və Rustavidə Avtopapa) yerləşirdi. Bunun səbəblər çox idi: Avropadan Gürcüstana dəniz yolunun olması, Gürcüstanda monopoliyanın aradan qaldırılması, gömrük rüsumlarının normal olması və s…
Qeyd etmək lazımdır ki, maşın bazarının yaxın olması Azərbaycanda da bir çoxlarının işinə yarayırdı. Məlum maşın dilerləri hətta 100 faizə işləyirdilər. Məsələn, 10 ilin X5-ni Rustavidə 10 min dollara alır, Bakıda 30 minə (10 min də gömrük rüsumuna gedirdi) satırdılar. Qiymətlərin Bakıda bu qədər baha olması sərt monopoliyanın, yüksək gömrük rüsumlarının olmasından və dolların ucuzluğundan irəli gəlirdi. Amma 2014-cü ildə Azərbaycanda dolların iki dəfə bahalaşması ilə bu bazar bağlandı. Eyni zamanda, Gürcüstan avtomobil bazarları da öz cazibəsini itirməyə başladı. Məsələ ondadır ki, gürcü avtomobil dilerləri bütün dünyada ad çıxarmış dələduzlardır. Bunlardan nəinki maşın, hətta təkər də almaq olmaz. Təsəvvür edin ki, gürcülər Avropada çıxdaş olunaraq ikiyə bölünən, Amerikada aylarla su altında qalan (qasırğalar zamanı) avtomobilləri su qiymətinə Gürcüstana gətirir, kosmetik təmir edir və od qiymətinə azəri qardaşlarına satırlar…
Və nəhayət keçək mətləbə, məni narahat edən məsələyə. Gürcüstan bazarlarının öz əhəmiyyətini itirməyi fonunda Ermənistanın avtomobil bazarları bütün postsovet məkanında populyarlaşmaqdadır. Sadəcə olaraq, COVID dövründə müvəqqəti fasilə yaranmışdı. Artıq Rusiyanın maşın dilerləri avtomobilləri Gürcüstandan yox, Ermənistandan gətirməyə üstünlük verirlər. Qeyd etmək lazımdır ki, Moskva – İrəvan təyyarə biletinin qiyməti, hətta Moskva – Tiflisdən də ucuzdur, otellər və motellər də çox sərfəlidir. Erməni avtomobil dilerləri də gürcülərdən fərqli olaraq, daha düzgün adamlardır (yeri gəlmişkən, məhz bu səbəbdən bizim Rusiyadakı soydaşlar gürcülərlə işləmirlər, ermənilərə üstünlük verirlər). Təsəvvür edin, Moskvadan İrəvana gələn rus diller cəmi 200-300 dollar (yol pulu, yer pulu, gömrük pulu və s.) xərcləyərək İrəvandan avtomobili Rusiyaya gətirir, burda da 200-300 dollar xərc çəkərək, gömrükdən keçirir. Bizdə iisə yalnız gömrükdən keçirmək üçün maşının qiyməti qədər rəsmi və qeyri-rəsmi rüsum tələb olunur.
Beləliklə, biz bilərəkdən, ya bilməyərəkdən, Ermənistanın Rusiyanın yeni maşın bazarına çevrilməsinə imkan yaradırıq. Bu isə ildə 10 milyonlarla, gələcəkdə 100 milyonlarla valyuta deməkdir. Mən İrəvanın maşın bazarına İran və Orta Asiya avtomobil dilerlərinin üz tutaçağçını da (xüsusilə, Zəngəzur yolu aşılandan sonra!) istisna etmirəm. Axı, ticarət su kimi bir şeydir, harda çökək (oxu: ucuz qiymət) varsa, ora axır. Məni narahat edən də budur: biz niyə yenə Ermənistana şans veririk, həmin avtomobil bazarını Azərbaycanda yaratmaq olmazmı?! Axı, Ermənistandan fərqli olaraq, Azərbaycandan Rusiyaya  birbaşa çıxış var. Azərbaycandan Qazaxıstana və Orta Asiyaya da çıxış var, biz o boyda xərc çəkmişik, Ələt Beynəlxalq dəniz limanını tikmişik…
Hazırda Azərbaycanda Qafqazın maşın bazarının yaradılması üçün bütün infrastruktur imkanları var. Amma bizim təyyarə, otel qiymətlərilə, bizim gömrük "rüsumları" ilə Azərbaycana kim gələr, kim burdan avtomobil almaq, aparmaq istəyər?! Üstəlik Azərbaycandan çıxan, girən, turist gətirən quru yollar da bağlıdır. Məhz bu səbəblərdəndir ki, 2023-cü ildə Ermənistana Azərbaycanda 2 dəfə çox – 3.6 milyon turist gəlib. Gürcüstanda isə bu rəqəm Ermənistandan da 2 dəfə çoxdur. Təsəvvür edirsinizmi, Azərbaycanda 2 dəfə kiçik və 10 dəfə kasıb ölkələrdə?!
Düşünürəm ki, Azərbaycanda həyata keçirilən islahatlar bu sahələri də əhatə etməlidir. Azərbaycanda ilk növbədə quru yollar açılmalı, təyyarə biletləri, otel, motel qiymətləri aşağı salınmalı, gömrük rüsumları azaldılmalıdır. Əks halda, 100 milyonlarla valyuta bizim razılığımızla düşmənin cibinə axacaq…
Qalib ARİF,
KONKRET.az

Sosial       Tarix: 18 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4


azerbaycan xeberleri son xeberler yeni xeberler maşın realiti şou cəbhədən ən son xəbər cəbhədən son xəbərlər xeberlər