Mən Rusiyaya yox, ölkəm mənə xəyanət edib' - Puqaçovadan qalmaqallı açıqlama

Mən Rusiyaya yox, ölkəm mənə xəyanət edib' - Puqaçovadan qalmaqallı açıqlamaSSRİ xalq artisti Alla Puqaçova jurnalist Katerina Qordeevaya müsahibəsində Vətənə xəyanətlə bağlı sualı cavablandırıb.
azxeber.com xəbər verir ki, 76 yaşlı müğənninin müsahibəsi "YouTube"da yayımlanıb.
Puqaçovanın sözlərinə görə, onu Rusiyaya qarşı xainlikdə günahlandırsalar da, özünü satqın hesab etmir:
"Mən ölkəmə yox, ölkəm mənə xəyanət edib. Mən necə vətən xainiyəm? Deyirlər ki, qaçmışam. Sanki uşaqlıqdan yumşaq divanda uzanmışam və ölkə məni qaşıqla yedizdirib. İşləyib, oxuyub pul qazanmışam. İnsanın getməyə haqqı var ki, ölkəsində təhqir olunmasın. Mən hər zaman demişəm ki, ölkədən yalnız bir halda gedə bilərəm - əgər mənə xəyanət edilərsə... Ölkəm mənə xəyanət etdi. Amma milyonlarla azarkeş məni hələ də sevir.
Bu, mənim üçün çox ağrılı bir qərar idi. Başa düşə bilmirəm ki, ziyalıların fikirləri niyə belə sıxışdırılır. Dövlətdə müxtəlif fikirlər olmalıdır, çünki yalnız bir fikrə sahib ola bilsəniz, qalanları sıxışdırılıbsa, necə düzgün qərar verə bilərsiniz? Vicdan şöhrətdən, dəbdəbədən daha qiymətlidir. Xüsusilə mənim yaşımda".
Xatırladaq ki, Alla Puqaçova və ailəsi 2022-ci ilin payızında Rusiyanı tərk edib. Bu, onun əri, şoumen Maksim Qalkinin Ukraynada Rusiyanın xüsusi əməliyyatı ilə bağlı ictimai tənqidlərə görə xarici agent kimi tanınmasından sonra baş verib. Onlar bir neçə ölkəni dəyişib və son məlumata görə, cütlüyün uşaqlarının məktəbə getdiyi və xarici dilləri öyrəndiyi Kiprdə məskunlaşıb. Puqaçova vurğulayıb ki, Rusiyanı məcbur tərk etmək məcburiyyətində qalıb.
Aysel

Şou Biznes       Tarix: 12 sentyabr 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O"Konnell" obrazına qayıdıb. Bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişlər

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO

"Yeraltı" serialının ulduzları Devrim Özkanla Deniz Can Aktaş sevgili olduqlarını elan ediblər. Özkan ötən gün sevgilisi ilə birgə fotosunu paylaşıb. Cütlüyün eşq etirafı gündəm olub. /

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə


azerbaycan xeberleri son xeberler yeni xeberler şou biznes xəbərləri hava proqnozu xabar az son.xeberler