Azərbaycan-İran münasibətləri ilə bağlı MÜHÜM DETALLAR: Yaxın Şərq müharibəsi Cənubi Qafqaza belə təsir göstərəcək
Yaxın Şərqdə baş verən proseslər ciddi narahatlıq doğurur. Müharibənin digər bölgələrə təsiri ən çox müzakirə edilən mövzular sırasındadır. Bəs görəsən, Yaxın Şərqdə baş verən əməliyyatların Cənubi Qafqaza, xüsusilə də Azərbaycan-İran münasibətlərinə dolayı təsirləri ola bilərmi?
Mövzunu KONKRET.az-a politoloq Züriyyə Qarayeva şərh edib:
"Yaxın Şərqdə baş verən əməliyyatların Cənubi Qafqaza, xüsusilə də Azərbaycan–İran münasibətlərinə dolayı təsirləri mümkündür. Əvvəla, bölgədə hərbi əməliyyatların intensivləşməsi enerji bazarlarında qeyri-sabitlik yaradır və bu, həm Azərbaycan, həm də İran üçün strateji əhəmiyyət kəsb edən neft-qaz ixracına təsirsiz ötüşmür. Qiymətlərin dəyişməsi ölkələrin iqtisadi siyasətində korrektələrə səbəb ola, həm də regionda enerji layihələri uğrunda rəqabəti gücləndirə bilər. Digər tərəfdən, Yaxın Şərqdə baş verən hadisələr geosiyasi bloklaşmaları da dərinləşdirir. İranın regional siyasəti və bir sıra aktorlarla – xüsusilə, HƏMAS, "Hizbullah" kimi qruplarla əlaqələri onu Qərb üçün daha çox təzyiq hədəfinə çevirir. Bu kontekstdə Azərbaycanla İran arasında münasibətlərə də dolayı təsirlər mümkündür. Bakı öz balanslaşdırılmış siyasətini qorumağa çalışsa da, beynəlxalq güclərin bölgədəki maraqları Azərbaycan–İran münasibətlərini zaman-zaman gərginləşdirə bilər. Eyni zamanda, Yaxın Şərqdəki gərginlik sərhədyanı bölgələrdə təhlükəsizlik məsələlərinin aktuallaşmasına səbəb ola bilər. Azərbaycan regional sülh və sabitlik siyasətini davam etdirmək niyyətindədir, lakin İranın Yaxın Şərqdəki mövqeləri onun Cənubi Qafqazdakı davranışına da təsir göstərə bilər. Beləliklə, Yaxın Şərqdə baş verən əməliyyatlar birbaşa deyil, lakin dolayı şəkildə Azərbaycan–İran münasibətlərində yeni dinamika yarada və tərəflərin geosiyasi seçimlərini daha da həssas edə bilər".
Müşviq Tofiqoğlu
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib