Ermənilər ŞOKDA: Fransalı siyasətçi Ermənistanda ola-ola Azərbaycanı sevindirməyi necə bacardı? - ƏTRAFLI
"Biz gördük ki, "Artsax"ın müstəqilliyinin tanınması məsələsində rəsmi Parisin tarixi sıçrayış etmək istəyi və hazırlığı yoxdur".
KONKRET.azxəbər verir ki, bu fikirlər erməni analitik Qalust Qriqoryanın məqaləsində yer alıb:
"Dünyanın hazırlıqsızlığını və Ermənistan üçün heç nə edə bilmədiyini görürük. Üstəlik, biz tamamilə fərqli, əks prosesləri müşahidə edirik. Belə ki, Fransa Milli Assambleyasının rəhbəri Yael Bron-Pivet İrəvana səfər edib və Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşüb. Həmçinin bir sıra tamamilə yersiz bəyanatlar verib. Bu xanım əslində Ermənistanda ola-ola Azərbaycanı sevindirməyi bacarıb".
SİTAT: "Qarabağın regionda hansı statusa malik ola biləcəyinə Fransa qərar verməməlidir. Bizim mövqeyimiz aydındır. Biz "Artsax"ın müstəqilliyini tanımamışıq və statusu Fransa müəyyən etməməlidir. O, beynəlxalq hüquq çərçivəsində münaqişənin müxtəlif tərəfləri tərəfindən müəyyən olunmalıdır", – Yael Bron-Pive bildirib. Bu, siyasi ikiüzlülüyün zirvəsi idi", – erməni analitik vurğulayıb.
HAŞİYƏ: Erməni analitik Fransa Milli Assambleyasının mövqeyini siyasi ikiüzlülük kimi qələmə verib. Əvvəla ondan başlayaq ki, ermənilər üçün müqəddəs heç nə yoxdur. Dostluq, müttəfiqlik münasibətləri yalnız onların maraqları təmin olunduqca önəm kəsb edir. Elə ki, haqq-ədalət mövqeyi sərgilənir, bu zaman mənfur erməni xisləti də işə düşür və onlar hətta öz dostlarını da tapdalamağa və xəyanət etməyə hazırdırlar. Amma Qalust Qriqoryan Fransanı siyasi ikiüzlülükdə ittiham etməkdə haqlıdır. Çünki rəsmi Paris demək olar ki, hər zaman Azərbaycana qarşı qərəzli və ikiüzlü siyasət yolunu tutub və Ermənistana dəstək verib. İndi necə deyərlər, "çərxi fələk tərsinə çönüb". Fransa Milli Assambleyasının mövqe dəyişməsi ermənilərə sözün əsl mənasında "od qoyub".
Qriqoryan daha sonra Fransa Milli Assambleyasının vaxtilə qondarma "Artsax"a verdiyi dəstəyi, qəbul etdiyi qətnamələri xatırladıb:
"Bütün bunları nəzərə alaraq, Yael Bron-Pivenin hazırkı addımını və çıxışlarını necə başa düşmək olar? Bunu Fransanın siyasi manevrləri adlandırmaq və erməni xalqının maraqlarına etinasız yanaşması kimi təqdim etmək olar. Üstəlik, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva etimadnaməsini Emmanuel Makrona təqdim edib. Makron isə bildirib ki, Fransa Azərbaycana dost ölkədir. Bu doğrudur, üstəlik, biz gördük ki, "Artsax"ın müstəqilliyinin tanınması məsələsində rəsmi Parisin tarixi sıçrayış etməyə hazırlığı yoxdur. O, Azərbaycana qarşı da sanksiyalar tətbiq etməyə hazır deyil", – Qalust Qriqoryan fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür