Ermənilərə Azərbaycan pasportu nə vaxt veriləcək? - Tarix açıqlandı

Ermənilərə Azərbaycan pasportu nə vaxt veriləcək? - Tarix açıqlandıRəsmi Bakı Qarabağda yaşayan erməni sakinlərə Azərbaycan vətəndaşlığı verməyə hazırdır. Bunun üçün əsas tələb separatçıların silahı yerə qoyaraq, Azərbaycanın hüquq-mühafizə orqanlarına təslim olmasıdır. Bakının irəli sürdüyü tələb ermənilər arasında fikir ayrılığı yaradıb. Sıravi ermənilər hazırkı acınacaqlı vəziyyətdən yeganə xilas yolunun Azərbaycanın tabeliyində yaşamaq olduğunu dərk edirlər. Doğrudur, bəziləri separatçıların ölüm təhdidləri fonunda bunu dilə gətirməyə çəkinirlər. Lakin onu da bildirək ki, sosial şəbəkələrin erməni seqmentində aparılan müşahidələr Qarabağda yaşayan sakinlərin Azərbaycan vətəndaşlığını qəbul etməyə yaxın olduğunu göstərir. 
Bəs Qarabağda yaşayan ermənilərə nə vaxt Azərbaycan pasportu veriləcək?
KONKRET.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Ceyhun Məmmədov danışıb.
"Dəfələrlə vətəndaşlıq mövzusuna toxunmuşuq. Bununla bağlı Prezident İlham Əliyevin mövqeyi və yanaşması var. Yanaşma bundan ibarətdir ki, ya ermənilər reinteqrasiya olunmalı, ya da Qarabağdan getməlidir. Yəni ermənilərin başqa bir variantı yoxdur. Biz görürük ki, Qarabağda yeni səngərlər qazılır, təxribatlar törədilir",- deyə o bildirib.
C.Məmmədovun fikrincə, cari ilin sonuna qədər bu məsələ yekunlaşacaq: "Təxribatlar Azərbaycanın mövqeyinə təsir göstərə bilməz. Hətta bildiyimiz kimi Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın ümidlərini növbəti dəfə puç etdi. Artıq bütün dünya bəyan edir ki, Ermənistan Qarabağın Azərbaycanın ərazisi olmasını anlamalıdır. Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Hazırda bu istiqamətdə işlər aparılır, avtomobil və dəmir yolları çəkilir. Ermənilərlə bağlı bütün dövlət qurumlarının planları var. Mən düşünürəm ki, bu proses çox uzun çəkməyəcək. Hətta 2023-cü ilin sonuna qədər məsələnin həll olunacağın düşünürəm. Azərbaycan reinteqrasiya məsələsinin yekunlaşması üçün qərarlar qəbul edəcək. Biz bu proseslərin belə formada həllini gözləmək niyyətində deyilik. Azərbaycanın reinteqrasiya məsələsinin yekunlaşması üçün konkret hədəfləri var".
Deputat Fazil Mustafa is düşünür ki, hazırda ermənilərə Azərbaycan pasportu verilməsi gözlənilmir. O, fikirlərini belə əsaslandırıb:
"Çünki inteqrasiyanın şərtləri dəqiqləşdirilməlidir. Hər hansı bir şəkildə ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməklə bağlı istəkləri ortaya qoyulmalıdır. Onlar isə hələ ki revanşizm və terrorçuluqla məşğuldur. Bizim də bu istiqamətdə çağırışlarımız var. Doğrudur, onlar Laçın sərhəd-keçid məntəqəsindən gəlib gedirlər, ancaq bu, ermənilərin Azərbaycanın tabeliyinə keçdiyi mənasına gəlmir. Bu məsələ kökündən həll olunmalıdır, daha sonra Azərbaycan pasportu verilə bilər. Ölkəmiz yəqin ki, şərtləri bir az da sərtləşdirəcək. Bütün hallarda Azərbaycana qarşı olan addımlar dəyişməlidir, belə olmasa ciddi problemlər yaşayacaqlar", – deyə parlamentari vurğulayıb.//Modern

Siyasi       Tarix: 08 iyul 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünkü son xəbərlər xeber.az 2026 sonxeberler cəbhədən son xəbərlər