Ermənilərə işləyən casusun etirafı: "500 qrivna aldım

Ermənilərə işləyən casusun etirafı: Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunan 41 yaşlı Emil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan iclasda prokuror ittiham aktını elan edib.
İttihama görə, Emil Məmmədov 2017-ci il sentyabrın 26-da Ermənistanın Kiyevdə yerləşən səfirliyində məxfi əməkdaşlığa cəlb olunub. Orada özünü "Erik" kimi təqdim edən şəxslə razılaşdırılıb ki, Emil Məmmədov Azərbaycanda qaz boru kəmərlərinin keçdiyi ərazilər, dövlət başçısının bölgə səfərləri, Səngəçal terminalı və digər yer və məsələlər barədə məlumatları toplayıb, mütəmadi onlara ötürəcək.
İstintaq sənədlərinə görə, 2019-cu ilin iyununda Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları Emil Məmmədovla görüşüb, ötürülən məlumatların müqabilində ona pul verib və qəbz imzalatdırıblar.
Məhkəmədə ifadə verən Emil Məmmədov dövlətə xəyanət ittihamı üzrə özünü təqsirli bilməyib. O bildirib ki, ittihamda guya onun qaz boru kəmərləri barədə məlumat verəcəyi yazılıb. O, TAP, TANAP bilən adam olmadığını deyib.
Buna baxmayaraq, təqsirləndirilən şəxs 2017-ci ildə Ermənistanın Ukraynadakı səfirliyində olduğunu etiraf edib:
"2017-ci ilin mayında Kiyevə getdim. Həmin vaxt həyat yoldaşımdan boşanmışdım və başqa bir qadınla tanış olmuşdum. Kiyevə getməyimin səbəbi bu idi. Orada bir müddət qalandan sonra işsizlikdən, pulsuzluqdan əziyyət çəkdim. Gedəndə valideynlərim çox narazı idilər. Qayıtmaq istəyirdim, qayıda bilmirdim, çünki pulum yox idi".
Emil Məmmədov deyib ki, işsizlikdən, pulsuzluqdan Ermənistan səfirliyinə gedib, üçüncü ölkəyə getməyinə onlardan kömək istəyib. İlk olaraq İngiltərə və ya Fransaya getməsinə şərait yaradılmasını xahiş edib:
"Orada cəmi 15 dəqiqə olmuşam. Düzdür, mənə Azərbaycan haqda suallar veriblər. Mən nə bilirəm ki, nə də deyim. Sonra gördüm ki, bunlar mənimlə yavaş-yavaş hədə-qorxu ilə danışmağa başlayırlar. Mən də orada dayanmadım, çıxdım.
Mənə orada 500 qrivna pul verdilər. O da 17-18 dollar eləyirdi. Həmin pula bilet aldım. Mən nə sonradan onlara məlumat ötürmüşəm, nə də hansısa qəbzə qol çəkmişəm".
Qeyd edək ki, Emil Məmmədov ötən ilin martında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunub.
Aparılmış araşdırmalar zamanı Emil Məmmədovun Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə düşmən tərəfinə keçməklə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara kömək etmək məqsədilə maddi maraq müqabilində üçüncü ölkə ərazisində Ermənistan xüsusi xidmət orqanının əməkdaşları ilə görüşüb məxfi əməkdaşlığa cəlb edilməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna biləcək məlumatların toplanması barədə tapşırıqlar alması, verilmiş tapşırıqların icrası istiqamətində fəaliyyət göstərməsi, Ermənistan xüsusi xidmət orqanının nümayəndələri ilə əlaqələrinin gizliliyinə və konspirasiya tələblərinə dair təlimatlandırıldığı qaydalara riayət etməsinə əsaslı şübhələr müəyyən edilib.
Emil Məmmədova Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.
Bu maddə ilə ittiham olunan şəxsi 10 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.
///Teleqraf.com / azxeber.com

Siyasi       Tarix: 12 yanvar 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi görüşdən və iki ölkə arasındakı münasibətlərdən danışıb. KONKRET.azxəbər verir ki, Ərdoğanın noyabrın 8-də Azərbaycana səfərində

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian

Biz İran xalqına xidmət etməyə borcluyuq. Ali dini rəhbərimiz (Müctəba Xamenei – red) ABŞ-la "nə müharibə, nə də sülh" vəziyyətinə son qoyulması ilə bağlı göstəriş verib. xəbər verir ki, bunu İran Prezidenti Məsu

"Azərbaycan öz zəfərini həm də quruculuq sahəsində davam etdirir

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidə, Zəfər tağının önündən xalqa müraciəti Azərbaycanın bugünkü gücünü və gələcək hədəflərini ifadə edən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısının müraciətind

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir


azerbaycan xeberleri yeni xeberler son xeberler axsam az xeberler xankendi xeber.az son xəbər