Ermənilərin bir günlük qaz sevinci: Bakı separatçılara hansı MESAJLARI VERDİ? - ÖZƏL

Ermənilərin bir günlük qaz sevinci: Bakı separatçılara hansı MESAJLARI VERDİ? - ÖZƏL"Artıq bizim ermənilərə inamımız qalmayıb. Hazırda onlar bu inamı qazanmaq üçün çalışmalı, sivil həyat tərzinə uyğun yaşamağa hazır olduqlarını sübuta yetirməlidirlər. Biz hələ ki, bunun şahidi olmamışıq".
Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Tofiq Abbasov səsləndirib. O bildirib ki, Azərbaycan hakimiyyətinin Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilərə mesajı olduqca dəqiqdir:
Ermənilərin bir günlük qaz sevinci: Bakı separatçılara hansı MESAJLARI VERDİ? - ÖZƏL"Gəmidə oturaraq gəmiçi ilə dava etmək olmaz. Ermənilər Azərbaycan torpağında yaşayır və onun resurs bazasından istifadə edir. Buna görə də, onlar bizə borcludurlar. Üstəlik, ermənilər bu torpağın sahiblərinə hörmət bəsləməli və reinteqrasiya işində maraqlı olmalıdırlar. Əgər bunu etmirlərsə, deməli Azərbaycan üçün potensial düşməndirlər. Ona görə də, istənilən anda bizim torpaqlarımıza, mədənlərimizə hücum edə bilərlər. Artıq bizim ermənilərə inamımız qalmayıb. Hazırda onlar bu inamı qazanmaq üçün çalışmalı, sivil həyat tərzinə uyğun yaşamağa hazır olduqlarını sübuta yetirməlidirlər. Biz hələ ki, bunun şahidi olmamışıq. Azərbaycan artıq öz ərazi bütövlüyünü bərpa edib. Odur ki, Qarabağın kiçik bir hissəsində qalan ermənilər bizim icazəmiz olmadan orada heç bir addım ata bilməz. Azərbaycan nə qədər ki, güc amilindən istifadə etməyib, ermənilər separatçıların qalıqlarını o ərazilərdən rədd etməlidirlər və dinc həyata hazır olduqlarını isbatlamalıdırlar. Bu, onlar üçün ən münasib çıxış yoludur".
Politoloqun sözlərinə görə, Azərbaycan hər an güc tətbiq etməyə hazırdır və bu, bizim suveren hüququmuzdur:
"Dünyanın heç bir yerində belə bir presedent mövcud deyil ki, ölkənin içində yaşayan balaca icma həmin dövlətin infrastrukturundan istifadə edə-edə qanunvericiliyə sadiqlik göstərməsin. Əgər bizim qanunvericiliyə sadiq olmaq istəmirlərsə, o zaman Ermənistana və ya digər ölkələrə çıxıb gedə bilərlər. Amma Azərbaycan torpağında yaşayırlarsa, bizim qanunvericiliyimizə tabe olmalı və onu icra etməlidirlər. Bu yolun uzun bir hissəsi arxada qalıb. Azərbaycan uzun müddətdir ki, Qarabağda erməni silahlılarının qalıqlarının mövcudluğu haqda dünyaya bəyan edir. Dünya isə bunu görməzdən gəlir. Odur ki, rəsmi Bakının mesajları açıqdır. Ermənilər daha bizimlə oyun oynaya bilməyəcəklər. Onları blokadaya salmaq Azərbaycanın əlində çox asandır. Lazım gəlsə, rəsmi Bakı bu addımı atacaq".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Siyasi       Tarix: 11 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xəbərlər bugün son xeber.az novruz bayramı cebheden xeber