"Ermənilərin bu hərəkətləri Azərbaycanı daha sərt addımlar atmağa vadar edəcək" - DETALLAR

            İlyas Hüseynov – politoloq
"Ermənistanın qeyri-konstruktiv siyasəti regionda sülhə əngəl yaradır. Bunu son günlər Ermənistanda və Qarabağda baş verən hadisələr də sübut edir. Brüssel görüşündən sonra bir qədər də fəallaşan ermənilər reinteqrasiyaya mane olmaq üçün əllərindən gələni edirlər".
Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, ermənilərin bu hərəkətləri Azərbaycanı daha sərt addımlar atmağa vadar edəcək:
"Brüssel görüşü ilə paralel qondarma qurumun rəhbəri Araik Arutyunyanın hərəkətə keçməsini tənzimləyən qüvvələr var. Regionda sülh, əməkdaşlıq və birgə yaşayış ilə bağlı planlara qarşı çıxan qüvvələr yenidən baş qaldırdığı, Araikin Xankəndində etirazçılara qoşulduğunu bildirdi. Əlbəttə, bu cür hərəkətlər reinteqrasiyaya qarşı çıxmaq, Azərbaycanla görüşə gəlməmək və sülhə təhdid törədən yanaşmalar rəsmi Bakını daha sərt və kəskin addımlar atmağa sövq edir. Bunu separatçılar və onları dəstəkləyən qüvvələr də yaxşı anlamalıdırlar. Çünki antiterror əməliyyatını həyata keçirmək üçün Azərbaycanın kifayət qədər gücü, potensialı və resursları mövcuddur", – deyə politoloq bildirib.
İlyas Hüseynov deyib ki, digər tərəfdən müharibə təhlükəsinin olmasını vasitəçilər və regionda maraqları olan dövlətlər də yaxşı dərk etməlidirlər.
"Brüssel görüşündə Qərbi Azərbaycana azərbaycanlıların qayıdışı məsələsi müzakirə olunub. Bu, Azərbaycan üçün çox önəmli normativdir. Uzun müddətdir ki, icma tarixi torpaqlara qayıtmaq planlarını cızır. Bununla yanaşı, Beynəlxaq Qırmızı Xaç Komitəsinin avtomobillərinin Bərdə-Ağdam-Xankəndi marşurutu üzrə hərəkəti müzakirə olundu. Məhz humanitar məqsədli daşımaların həyata keçirilməsində Azərbaycanın təşəbbüsü Ermənistan mətbuatında geniş müzakirəyə səbəb olub. Belə bir fikir söyləyirlər ki, Paşinyan Brüsseldə özü üçün uyğun şərtlərin formalaşacağına ümid etsə də, rəsmi Bakı siyasi gündəliyi dəyişir və Azərbaycanın irəli sürdüyü təşəbbüslər yekun qərarlara salınır. Bu da Cənab Prezidentin müdrik diplomat olmasının göstəricisidir. Siyasi iradəmizin, prinsipallığımızın və qətiyyətimizin mühüm danışıqlar müstəvisində möhkəmləndirilməsi anlamını verir. İstənilən platformada Azərbaycanın maraqları təmin olunur", – deyə İlyas Hüseynov əlavə edib.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 19 iyul 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeberleri zelzele xeberler az sonxəbər