Ermənilərin hərbi itkilərinin sayı 5300-ü keçdi
2020-ci ilin 27 sentyabrından 2021-ci ilin 25 mayına qədər Ermənistanda ikinci Qarabağ müharibəsində həlak olmuş 3 753 hərbi qulluqçunun meyiti məhkəmə-tibb ekspertizasından keçirilib.
Ermənistan mətbuatı xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Mayın 25-ə olan məlumata əsasən həlak olmuş hərbi qulluqçuların meyitlərindən və qalıqlarından götürülmüş 48 analiz nümunəsi hələ yoxlanılmayıb.
Mətbuat isə qeyd edib ki, mayın 24-ə qədər Qarabağda itkin düşmüş hesab edilən 1 557 nəfərin meyiti tapılıb. Onların bir hissəsi ermənilərin apadıqları axtarışlar zamanı aşkarlanıb. Meyitlərin bir qismini isə Azərbaycan qarşı tərəfə təhvil verib.
Xatırladaq ki, daha əvvəl Ermənistanın vitse-spikeri Tiqran Avinyan ölkə parlamentində iddia edib ki, 44 günlük müharibədə həlak olan erməni hərbçilərinin sayı 4 000 min nəfəri ötməyəcək. Lakin Səhiyyə və Müdafiə nazirliklərinin son açıqlamaları Ermənistanın ikinci Qarabağ müharibəsindəki itkilərinin sayının 5 310 nəfər olduğunu göstərir. Qeyd edək ki, bu da son deyil. Müdafiə Nazirliyi müharibədə onlarla hərbi qulluqçusunun itkin düşdüyünü, axtarışların hələ davam etdirildiyini açıqlayıb.(Report) /publika.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək