Ermənilərin tələbi ATƏT PA-da rədd edildi

Ermənilərin tələbi ATƏT PA-da rədd edildi"Dağlıq Qarabağ münaqişəsi və Minsk qrupunun" "dirçəldilməsi" və erməni terrorçularının dərhal azad olunması tələbi ATƏT Parlament Assambleyasında rədd edilib. Məlum olduğu kimi, Azərbaycan nümayəndə heyəti cari ilin iyulun 2-6-da Böyük Britaniyanın Birminqem şəhərində keçirilən ATƏT PA-nın illik sessiyasında iştirak edir.
KONKRET.az xəbər verir ki, illik sessiyada erməni nümayəndə heyəti və ermənipərəst isveçli deputat Bjorn Soder tərəfindən müvafiq olaraq ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitəsi və Demokratiya, insan haqları və humanitar məsələlər üzrə ümumi komitəsinin Qətnamə layihələrinə ölkəmizin maraqlarına zidd olan dəyişiklik irəli sürülüb.
Erməni nümayəndə heyətinin rəhbəri Eduard Ağacanyan tərəfindən irəli sürülmüş Siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitənin Qətnamə layihəsinə "Dağlıq Qarabağ münaqişəsi"ni və "ATƏT-in Minsk qrupu"nu daxil etmək məqsədilə hazırladığı dəyişiklik müzakirəyə çıxarılıb.
Qeyd olunan düzəlişin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev erməni nümayəndə heyətinin təklifinə tutarlı arqumentlərlə cavab verərək Assambleyanı müharibədən sonra mövcud olan reallığa zidd dəyişikliyi qəbul etməməyə çağırıb. Beləliklə, Ermənistanın təklifi səsə qoyulub, 27 səs əleyhinə, 12 səs lehinə olmaqla düzəliş rədd edilib.
ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitəsinin iclasının davamında ermənipərəst isveçli deputat Bjorn Soderin "saxlanılan erməni hərbçilərinin dərhal azad olunmasını Azərbaycandan tələb edən" təklifi, eləcə də mədəni irsin qorunması naminə UNESCO texniki missiyasının qəbul edilməsinə yönəlik çağırışı müzakirəyə çıxarılıb.
İsveçli deputatın təklifinə qarşı çıxan Azay Quliyev söz alaraq həbs edilmiş erməni hərbçilərinin müvafiq qanunvericiliyə uyğun olaraq cəzalandırıldığını, bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinin və Beynəlxalq Ədalət Məhkəməsinin müvafiq qərarlarının olduğunu, UNESCO-nun fəaliyyətinə ermənilər tərəfində süni əngəllərin yaradıldığını əsas gətirərək, ATƏT PA tərəfindən bu bəndin qəbul edilməsinin yanlış olacağını vurğulayıb. Nəticədə B.Soderin təklifi səsə qoyulub, 24 əleyhinə, 12 lehinə olmaqla rədd edilib.
Ermənistanın Azərbaycana qarşı qətnamə bəndinin qəbul edilməsi ilə bağlı etdiyi üçüncü cəhd də ATƏT PA-nın Demokratiya, insan haqları və humanitar məsələlər üzrə ümumi komitəsinin Qətnamə layihəsinin müzakirəsi zamanı edilib. Bu dəfə Ermənistan nümayəndə heyətinin üzvü Mariya Karapetyanın yenə Dağlıq Qarabağa və münaqişənin mövcudluğuna istinad edən, erməni hərbçilərinin azad olunmasını özündə əks etdirən təklifi müzakirəyə çıxarılıb.
Ermənilərin təklifinə qarşı çıxan ATƏT PA-da Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri Azay Quliyev bu təklifin birtərəfli və əsassız olduğunu, hazırda Avropa İttifaqı tərəfindən aparılan üçtərəfli Brüssel danışıqlarında zəruri məsələlərin müzakirə edildiyini, bu kimi mövzuların ATƏT PA-nın Qətnaməsinə salınmasının zərərli olacağını əsas gətirərək Assambleya üzvlərini bu təklifi qəbul etməməyə çağırıb. Sonra M.Karapetyan tərəfindən hazırlanan düzəliş səsə qoyulub, 18 səs əleyhinə, 11 lehinə olmaqla rədd edildi.
Beləliklə, Böyük Britaniyanın Birminqem şəhərində işini davam etdirən ATƏT PA-nın illik sessiyasında Ermənistan tərəfindən Azərbaycan əleyhinə hazırlanan və təqdim olunan bütün düzəlişlərin və təkliflərin qarşısı qətiyyətlə alınıb.

Siyasi       Tarix: 05 iyul 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

İlham Əliyev bu şirkətlərin rəhbər şəxslərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxal

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib


yeni xeberler azerbaycan xeberleri son xeberler şou biznes xəbərləri iqtisadiyyat xeberleri bugun futbol xeberleri cəbhədən son xeber