"Ermənilərin yük karvanı haradan gəlmişdisə, həmin yerə də qayıdacaq" - AÇIQLAMA

Son günlər regionda baş verən hadisələr diqqət mərkəzindədir və geniş müzakirə olunur. Ermənilərin təxribatı, sərhəddə terrorçu Vaqif Xaçatryanın həbsi, diplomatların sərhədə gəlməsi təkcə Azərbaycan və Ermənistan mətbuatında deyil, dünya KİV-ində müzakirəyə səbəb olub.
Birinci Qarabağ müharibəsi zamanı yüzlərlə günahsız azərbaycanlını qətlə yetirən terrorçunun həbsini dünyaya başqa formatda təqdim edən Ermənistan Vaqif Xaçatryandan "mələk" obrazı yaratmağa cəhd edir. Amma ermənilərin səyləri əbəsdir və Qarabağ ərazisindəki digər terrorçuları da Vaqifin aqibəti gözləyir. Çoxları düşünür ki, Xaçatryanın sərhəddə həbsindən sonra Qarabağdakı digər terrorçular məsuliyyətdən yayınmaq üçün pasportlarını dəyişə bilərlər. Ümumiyyətlə, belə bir ehtimal varmı?
Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bunun mümkün olmadığını deyir:
"Erməni silahlıları barədə, o cümlədən qırğınlar törədən, ərazilərimizi talayan, əhalimizi və onların əmlakını məhv edən ermənilər barədə əlimizdə kifayət qədər fakt mövcuddur. Bu faktlarda cinayətkarlar haqqında geniş məlumatlar öz əksini tapıb. Bu qədər cinayət əməlini pasport dəyişməklə ört-basdır etmək mümkün deyil. Pasport dəyişməklə cinayətdən yayınmaq mümkün olsaydı, dünyada kimsəni məsuliyyətə cəlb etmək olmazdı".
Ekspert onu da bildirir ki, Azərbaycan hava məkanına edilən radio maneələr təyyarələrin naviqasiya sisteminə təsir edir və təhlükə yaradır. Qarabağ ərazisindən həyata keçirilən bu təxribatların qarşısı alınmalıdır:
"Azərbaycanın və digər ölkələrin Qarabağ səması yaxınlığından keçən aviasiya vasitələrinə qarşı ermənilərin radio maneələr tətbiq etməsi təbii ki, kifayət qədər ciddi çağırışdır. Bu, birmənalı olaraq Azərbaycana və həmin ərazidə maneələrə məruz qalan Avropa ölkələrinə qarşıdır. Bu çağrışlara isə Azərbaycan kifayət qədər təsirli, həm də ən qısa müddətdə cavab verməlidir. Bu cavab tədbirlərinə həmin nöqtələrin dəqiq atəşlə məhv edilməsi daxildir. Sərhəddəki yük karvanı isə mənasız şəkildə gözləyir. Bu proses onlar istədikləri qədər davam etdirilə bilər. Ermənistanın xarici "dostları" artıq ərazini tərk etməyə başlayıblar.
Qarabağı Azərbaycan ərazisi kimi tanıyan Ermənistanın isə 19 tırı Azərbaycanla razılaşdırmadan Laçın yolundan keçməklə rusların nəzarətində olan ərazilərə göndərməsi, ümumiyyətlə, başadüşülən deyil. Əvvəlcədən Azərbaycanın buna razılıq verməyəcəyini bilən Ermənistan siyasi şou göstərməyə cəhd etdi. Lakin bu şou heç bir effekt vermədi. Çünki Qarabağ Azərbaycanın daxili məsələsidir. Laçın yolu da Azərbaycan ərazisində yerləşir və kimsə Azərbaycanın daxili işlərinə müdaxilə edə bilməz. Ermənistanın orbitində olan, onunla özünü ermənilərə daha yaxın göstərməyə çalışan dövlətlər də anlayırlar ki, Azərbaycana qarşı Qarabağ məsələsində heç bir təsir mexanizmi mövcud deyil. Ona görə də həmin yük karvanı haradan gəlmişdisə, həmin yerə də qayıdacaq".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 01 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber saytlari sou xeberler bu gunun xeberleri hava proqnozu