Ermənipərəst lobbiçi korrupsiya qalmaqalına görə İSTEFA VERDİ
Ermənipərəst lobbiçi kimi tanınan Avropa Parlamentinin keçmiş üzvü Frank Engel korrupsiya qalmaqalının qızğın anında Xristian Sosial Xalq Partiyasının Milli Komitəsinin sədri vəzifəsindən istefa verib.
Publika.az xəbər verir ki, istefa F.Engelin partiya yoldaşlarının onu 2019-cu ildə "ASBL CSV-Frëndeskrees" qeyri-kommersiya birliyi ilə saxtakarlıqla müqavilə bağlamaqda ittiham edərək prokurorluğa məlumat verməsindən sonra baş verib.
Qeyd edək ki, 2014-cü ildə F.Engel Avropa Parlamentində Dağlıq Qarabağdakı separatçı rejimlə qeyri-rəsmi olaraq yaradılan dostluq qrupuna rəhbərlik edib.
Ermənipərəst lobbiçinin 2017-ci ilin yayında erməni Tatev Manukyanla ailə qurduqdan sonra bal ayını orada keçirməsi də daxil olmaqla əvvəllər işğal olunmuş Azərbaycan torpaqlarına dəfələrlə qanunsuz səfərlər etdiyi məlumdur. O, daha sonra soyadına hətta "erməni" sonlu "yan" da əlavə edib.
F.Engel Azərbaycanın ərazi bütövlüyünün pozulmasına yönəlmiş müraciətləri və əvvəllər işğal olunmuş Azərbaycan torpaqlarında yaradılan qanunsuz separatçı rejimin təbliğatı ilə də yaxşı tanınır. / "Trend"

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər