Ermənistan ATƏT-də İranı qınayan qətnaməni BLOKLADI

Ermənistan ATƏT-də İranı qınayan qətnaməni BLOKLADI"EU Reporter" Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı məqalə dərc edib.
KONKRET.az Report-a istinadən "ATƏT-də İranın maraqlarını kim qoruyur və niyə?" başlıqlı məqaləni təqdim edir:
"Fevralın 9-da ATƏT-in Daimi Şurasının keçirilən iclasında yanvarın 27-də Azərbaycan Respublikasının İrandakı səfirliyinə baş vermiş ölümcül silahlı hücum müzakirə edilib pislənməli idi. Fevralın 2-nə planlaşdırılan debat da baş tutmamışdı. ATƏT-dəki Ukrayna mənbələri bildirib ki, ATƏT-in İranı birgə qınaması Ermənistan nümayəndə heyəti tərəfindən onların hökuməti ilə məsləhətləşməyə ehtiyacı olduğu üçün əngəllənib.
Fevralın 2-də ATƏT-ə üzv olan 57 ölkədən 52-si hücumu pisləyib və təcili araşdırmaya çağırıb. Amma ATƏT-in istənilən birgə qətnaməsi yekdil olmalıdır və buna görə də qətnamənin qəbulu ikinci dəfə erməni nümayəndələri tərəfindən bloklanıb.
Xüsusilə yanvarın 27-də Azərbaycan səfirliyində baş verənlərin görüntülərini nəzərə alsaq, İranı qınayıb-qınamamağa qərar vermək üçün hansı məsləhətləşmələrə ehtiyac olduğunu anlamaq çətindir.
İran mənbələri "şəxsi problemləri" olan bir dəlinin hücumundan tutmuş, müxtəlif saxta izahatlarla çıxış ediblər. Azərbaycan XİN-in yaydığı görüntülərdən açıq-aydın bəlli olur ki, hücum təxminən 40 dəqiqə davam edib, İran polisi isə silahlı şəxs binaya basqın edərkən və içəriyə çoxsaylı atəşlər açarkən müdaxilə etməməyi üstün tutub. Terrorçu səfirlik binasının diplomatik işçiləri və onların ailə üzvlərinin yaşadığı evlərin pəncərələrini nişan alıb.
İran polisi terrorçunu həbs etməyə tələsməyib, onunla danışmağa başlayıb, ona cinayətkar kimi yanaşmayıb, "tamaşa" bitənə qədər tamaşaçı mövqeyi tutub. Terrorçu qolları bağlanaraq aparılarkən naməlum şəxs onun avtomobilində axtarış aparıb, oradan nəsə götürərək hadisə yerini tərk edib.
Hücumdan sonra Azərbaycan Tehrandakı səfirliyini boşaldıb və bununla da ölkələr arasında mövcud gərginliyi diplomatik yollarla həll etmək şanslarını kəskin şəkildə məhdudlaşdırıb. 1979-1981-ci illərdəki İran girov böhranı hamıya diplomatik toxunulmazlığa və ya xarici diplomatik heyətin təhlükəsizliyinə sıfır hörmət edən dövlətlə riskə getməməyi öyrətdi.
Amma gəlin sualı bir daha nəzərdən keçirək – Ermənistan nümayəndələri bu aşkar terror aktına görə ATƏT-in İranı qınamasına niyə mane olurlar? Bu, sadəcə, Azərbaycana düşmənçilikdir, yoxsa daha böyük bir şey?
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın ölkəsinin "Ermənistanın təhlükəsizliyini özünün təhlükəsizliyi və regionun təhlükəsizliyi hesab etdiyini" iddia etməsi ilə yanaşı İranın ali lideri ayətullah Xamenei İran və Ermənistan arasındakı sərhədi bağlamağa cəhd edəcək istənilən ölkəni hədələyib.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ermənistana pulsuz silah verməsi ilə bağlı xəbərləri bir kənara qoyaq.
İranın Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstəyinin Ermənistan vasitəsilə həyata keçirdiyini, İrəvanın hava məkanı və hava limanları vasitəsilə İran PUA-ları və raketlərinin tədarükü ilə Moskvaya sanksiyalardan yayınmağa kömək etdiyi barədə xəbərləri də bir anlıq unudaq.
Gəlin yaxın gələcəyə baxaq, bir neçə həftədən sonra İranın yüksək texnologiyalı şirkətlərinin nümayəndələri beynəlxalq "DigiTech" sərgisi zamanı İrəvana gələcəklər. "DigiTech" təşkilatçılarının tədbirin internet saytında qürurla təqdim etdikləri şirkətlərdən biri də İranda sərgi və konfrans sənayesinin qabaqcıllarından biri olan "Pars Rastak"dır.
Şirkətin icraçı direktoru Mehdi Səid əl-Zəkrin əvvəllər İran parlamentinin ictimaiyyətlə əlaqələr, mədəniyyət və beynəlxalq əlaqələr üzrə baş direktoru olub və həmçinin İran Xarici İşlər Nazirliyinə bağlı təşkilatlarla işləyib. Əl-Zəkrin əvvəllər də Ermənistana səfər edib və hökumətdəki dostlarını da özü ilə gətirib. 2022-ci ilin sonunda o, İran İnformasiya və Kommunikasiya Texnologiyaları Federasiyasından ixrac təşkilatlarının bir neçə nümayəndəsini Ermənistana özü ilə aparıb.
Maraqlıdır ki, hazırkı "DigiTech"in mövzusu İddialı Texnologiyadır: "Açıq iqtisadiyyatı getdikcə dəyişkən bir dünyada daha dayanıqlı etmək". Vebsayt İranla bağlı hər hansı bir qeyddən qəti şəkildə çəkinir, mövcud şirkətlərdən yüksək səviyyəli idarəçilər və təsisçilərin olacağını elan edir.
Son zamanlar Rusiyanın regionda təsiri sürətlə azaldığı üçün İrəvan özünü qərbyönlü dövlət kimi təqdim etməyə çalışır. Ola bilsin ki, İrəvana xatırlatmağın vaxtı çatıb ki, müəyyən məsələlərdə, məsələn, terrorizm və üçüncü ölkələrin diplomatik nümayəndəliklərinin müdafiəsi ilə bağlı dəqiq mövqe tutmaq lazımdır".

Siyasi       Tarix: 11 fevral 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian

Biz İran xalqına xidmət etməyə borcluyuq. Ali dini rəhbərimiz (Müctəba Xamenei – red) ABŞ-la "nə müharibə, nə də sülh" vəziyyətinə son qoyulması ilə bağlı göstəriş verib. xəbər verir ki, bunu İran Prezidenti Məsu

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?

Avropa ölkələri ABŞ prezidenti Donald Trampın Rusiya ilə yalnız Ukraynadakı müharibənin dayandırılmasını deyil, bütövlükdə Avropanın təhlükəsizlik sisteminin yenidən qurulmasını nəzərdə tutan "Böyük sövdələşmə"

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber.az bu gun bu gune olan xeberler son xəbərlər azərbaycanda xeberler bugun 2026