Ermənistan AYAĞA QALXDI: saat 18:00-da İrəvan dağılacaq - VİDEO (YENİLƏNDİ)

Ermənistan AYAĞA QALXDI: saat 18:00-da İrəvan dağılacaq - VİDEO (YENİLƏNDİ)Ermənistan müxalifəti hökumət binası qarşısındakı etiraz aksiyasını bu gün saat 18:00-da davam etdirəcək.
Publika.az xəbər verir ki, bunu Daşnaksütyun Partiyasının nümayəndəsi Qeqam Manukyan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları yalnız etirazçıları deyil, yoldan keçənləri də saxlayaraq polis bölməsinə aparıb. Saxlanılanlar arasında Manukyanın oğlu da var.
Vətənin Xilası Hərəkatının koordinatoru İşxan Saqatelyana gəlincə, Manukyan onun vəziyyətinin yaxşı olduğunu, şayiələrin əksinə, həkimə müraciət etmədiyini deyib.
Qeyd edək ki, erməni polisi İşxan Saqatelyanı bölməyə aparmağa çalışsa da, müxalifət tərəfdarları onu təhlükəsizlik qüvvələrinin əlindən ala bilib. Saqatelyan və tərəfdarları sürətlə aksiya yerini tərk edib, polis onların ardınca qaçıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onu yenidən ələ keçirib, bundan sonra Saqatelyanın dodağında qan olduğunu görüblər.
Bundan əvvəl isə Ermənistan baş naziri Nikol Paşinyan ekologiya naziri Romanos Petrosyanla 2 saatdan çox davam edən görüşdən sonra polis kordonunun müşayiəti ilə 3 nömrəli hökumət binasını tərk etmişdi.
***
13:21
"Bundan sonra baş nazir öz iqamətgahını və ya başqa bir binanı yalnız bir sıra təhlükəsizlik işçilərinin müşayiəti ilə tərk etməli olacaq".
Publika.az xəbər verir ki, bunu Ermənistanın Vətənin Xilası Hərəkatının koordinatoru İşxan Saqatelyan deyib.
Ermənistan AYAĞA QALXDI: saat 18:00-da İrəvan dağılacaq - VİDEO (YENİLƏNDİ)Onun sözlərinə görə, Müxalifət Ermənistanın baş naziri Nikol Paşinyanla yalnız "istefasının yol xəritəsi"ni müzakirə etməyə hazırdır: "Əks təqdirdə, müxalifət onu tək qoymayacaq. Heç bir şey bizə mane ola bilməz. Dedik ki, işləməsinə icazə verməyəcəyik, onu tək qoymayacağıq. Baxın, bunlar bu adamın (polis kordonuna işarə edərək – red.) gündəlik həyatıdır".
O, Paşinyanın müxalifətdən qorxduğunu, əks halda, bu qədər təhlükəsizlik işçisinin bir hökumət binasından digərinə keçməsi üçün yolu bağlamayacağını qeyd edib.
Saqatelyanın sözlərinə görə, Paşinyanın cinayətləri 4 hissəyə bölünə bilər: müharibədən əvvəl, müharibə zamanı, müharibədən sonra və indi. Saqatelyan müxalifətin "bu şərdən" xilas olmaq üçün hər şeyi edəcəyinə əminliyini bildirib.
Qeyd edək ki, 3 saylı hökumət binasının yaxınlığındakı ərazidə keçirilən aksiyadan polis bölmələrinə aparılmış vətəndaşların sayı 50-ni keçib.
***
12:39
Ermənistanın hökumət binası yaxınlığında mitinq keçirilir.
Publika.az xəbər verir ki, etirazçılar baş nazirin ünvanına "Nikol vətən xainidir!", "Nikol türkdür!" şüarları səsləndirir.
Polis 25 nümayişçini saxlayaraq polis bölmələrinə aparıb.
Müxalifətin mitinqinə baxmayaraq, Ermənistan baş naziri Nikol Paşinyan sərbəst şəkildə 3 saylı binaya daxil olub.
Səhər saatlarında çox sayda polis Respublika Meydanını və hökumət binalarını dövrəyə alıb. Nazirlər Kabinetinin 1 və 3 nömrəli binalarının yanında polis kordonları nümayiş olunur.
Daşnaksütyun Partiyasının üzvü Qeqam Manukyan Paşinyanın 200 metr piyada getmək üçün ətrafına 200 polis yığdığını bildirib.
Xatırladaq ki, Qarabağla bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Ermənistanda baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefası tələbi ilə etiraz aksiyaları başladı. Bir sıra müxalifət qüvvələri hökumət başçısı vəzifəsinə Vətənin Xilası Hərəkatının lideri Vazgen Manukyanı irəli sürdülər. Müxalifət hökuməti istefaya göndərməyi, müvəqqəti hökumət qurmağı və sonra erkən seçki keçirməyi təklif edir. Öz növbəsində, səlahiyyətlilər ilin sonunda Nazirlər Kabinetinin istefasını gözləmədən bu il erkən parlament seçkilərinin təşkili təklifi ilə çıxış etdilər.

Zümrüd

Dünya       Tarix: 23 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

ABŞ-ı qorxuya salan Rusiyanın ƏN TƏHLÜKƏLİ 5 SİLAHI

ABŞ-ın "19FortyFive" portalının şərhçisi Brent İstvud Rusiyanın 5 ən təhlükəli silahının siyahısını hazırlayıb. -a istinadla xəbər verir ki, siyahının ilk pilləsində "Poseydon" pilotsuz sualtı qayığı ye

Vyana danışıqları bərpa edildi

Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planının tam fəaliyyətini bərpa etmək üçün danışıqlar bərpa olunub. xəbər verir ki, bunu Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib. "Qıs

Qazaxıstanda GƏRGİN GECƏ: etirazçılar polisi döydülər, maşınlara OD VURDULAR - VİDEO

Almatıda Respublika meydanında etirazçılar polis əməkdaşını döyüb və hüquq-mühafizə orqanlarının əməkdaşlarının avtomobillərini yandırıblar. xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. Bildirili

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

İranda dəhşət yaşanır - 6 nəfər öldü, çox sayda şəxs

Ötən 6 gün ərzində İranda sel və daşqınlar nəticəsində 6 nəfər həlak olub. xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib. P.Kulivəndin sözlərinə görə, İranın 17 vilayətinin 87 rayonund

"Taliban"la Türkmənistan sərhədçiləri arasında TOQQUŞMA

Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub. Bu barədə Əfqanıstanın "Hasht-e subh" qəzeti yazıb. Qəze

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan


yeni xeberler azerbaycan xeberleri son xeberler xəbərlər.com dunya xeberleri sou biznes bu gunun xeberleri haqqinda melumat