"Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanacağı vaxt və məkan BƏLLİ OLDU" - "Past"
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağı vaxt və məkan bəlli olub.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın "Past" qəzeti öz mənbələrinə istinadən yazır. Qəzet bildirir ki, ötən gün Brüsselə gedən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan oktyabrın 2-də Cenevrədə Ararat Mirzoyanla Ceyhun Bayramov arasında keçirilən görüşün təfərrüatlarını, danışıqların mahiyyətini təqdim edəcək.
"Mənbəmizin qeyd etdiyi kimi, Qriqoryan avropalılara delimitasiya və demarkasiya komissiyasının işinin gedişini də təqdim edəcək.
Ermənistan Xarici İşlər Nazirliyindəki mənbəmiz bildirib ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi və Gürcüstandakı böhranla bağlı bu yaxınlarda Ermənistanda olan Toyvo Klaar erməni tərəfini sülh müqaviləsinin yekun variantına oktyabrın sonuna qədər sahib olmağa çağırıb.
Əldə etdiyimiz məlumata görə, noyabrın birinci ongünlüyündə Brüsseldə Ermənistan-Azərbaycan sülh müqaviləsi imzalanacaq.
Yeri gəlmişkən, mənbəmiz onu da bildirir ki, rəsmi Moskva artıq bu məsələyə müsbət münasibət bildirib. Aydındır ki, indiki vəziyyətdə delimitasiya prosesi və kommunikasiyalar ətrafında konkret danışıqlar Moskva üçün regionda gərginliyin artmasından daha vacibdir", – deyə qəzet yazıb.
Xuraman Etibarlı,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü