Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır - Fərid Şəfiyev
"Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır".
KONKRET.az xəbər verir ki, bunu türk dövlətlərinin beyin mərkəzlərinin nümayəndələrinin növbədənkənar toplantısında iştirak etmək üçün Şuşada olan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev jurnalistlərə açıqlamasında deyib.
"Son zamanlar biz Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, xüsusən də nəqliyyat əlaqələrinin və kommunikasiyaların yaradılması məsələlərində müsbət dönüşün şahidi olmuşuq. Lakin sülh sazişinin imzalanmasında müəyyən durğunluq var", – F.Şəfiyev bildirib.
Onun sözlərinə görə, Ermənistan bəzən konstruktiv yanaşma nümayiş etdirmir: "Ermənistan dərk etməlidir ki, siyasi həll yolunu seçməsə, yenə uduzacaq. Odur ki, o, bu anı dəyərləndirməlidir. Unutmaq olmaz ki, sərhədlərin demarkasiyası və delimitasiyası kimi, bütün məsələlərin kökündə sülh sazişinin imzalanması zərurəti dayanmalıdır".
F.Şəfiyev vurğulayıb ki, üçüncü dövlətlər bu prosesə maraq göstərir və öz vasitəçiliyini təklif edirlər: "İlk növbədə bütün regionun təhlükəsizliyini təmin edəcək sülh sazişini imzalamaq lazımdır. Biz münaqişəni arxada qoymaq niyyətindəyik".
Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin son görüşünü şərh edən F.Şəfiyev deyib ki, Azərbaycan bu təşəbbüsləri müsbət qiymətləndirir.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədrinin fikrincə, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində irəliləyiş olmasa, bu, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına mane ola bilər: "Hər şey paralel həll olunmalıdır, lakin ilk növbədə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?