Ermənistan bu əraziyə rus hərbçilərini yerləşdirir - Nazirdən KRİTİK AÇIQLAMALAR
İrəvan və Moskva 102-ci bazanın bir hissəsinin Ermənistanın şərqinə yerləşdirilməsinin mümkünlüyü məsələsini araşdırır.
Publika.az xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan RİA "Novosti"yə müsahibəsində deyib.
Onun sözlərinə görə, Ermənistanın Azərbaycanla sərhədinin təhlükəsizliyini və müdafiəsinin təmini üçün Rusiya sərhəd xidmətinə əlavə funksiyalar həvalə edilib: "Rusiya hərbi bazasından Ermənistanın şərq istiqamətinə hər hansı bir hərbi birləşmənin yenidən yerləşdirilməsinin mümkünlüyündən danışmaq yəqin ki, daha doğrudur və bu kontekstdə məsələnin müvafiq ortaq araşdırılması aparılır. Qarabağdakı qarşıdurmadan əvvəl Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd Müdirliyinin şəxsi heyəti espublika ərazisindən keçərək Müstəqil Dövlətlər Birliyinin təhlükəsizliyinin və sərhədinin qorunmasının təmin edilməsi vəzifələrinin icrasından məsul idi. Bu gün vəziyyət əhəmiyyətli dərəcədə dəyişib".
O, Ermənistan Respublikası ərazisindəki 102-ci Rusiya hərbi bazasının genişləndirilməsi və gücləndirilməsi məsələsinin daima gündəmdə olduğunu söyləyib.
Rusiya Silahlı Qüvvələrinin Ermənistan ərazisinə əlavə hərbi hissəsinin yerləşdirilməsinə gəlincə, Arutyunyan hesab edir ki, belə bir ehtiyac yoxdur.
Qeyd edək ki, Ermənistanın Şirak bölgəsinin Gümrü şəhərində 1995-ci il dövlətlərarası razılaşmaya uyğun olaraq,102-ci Rusiya hərbi bazası yerləşdirilib. 2010-cu ildə sənəddə dəyişikliklər edilib, buna əsasən, bazanın müddəti 25 ildən 49 ilə, yəni 2044-cü ilə qədər uzadılıb.
Zümrüd
Turlar.az [newsid: 0-123300]

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər