"Ermənistan da "Artsax" kimi çökə bilər" - Hovhannisyan
"Artsax"ın sürətlə dağılmasının şahidi olduq. Qorxuram ki, Ermənistan da eyni şəkildə parçalana bilər. 21-ci əsrdə bu qeyri-mümkün görünür, lakin Suriya və Ukrayna belə dağıldı".
KONKRET.az xəbər verir ki, bu sözləri erməni politoloq Vahe Hovhannisyan deyib.
O, həmçinin əlavə edib:
"Əgər biz "Artsax" məsələsində heç nə edə bilmədiksə, o zaman eyni şüarların, eyni ideyaların, eyni insanların Ermənistanın süqutunu dayandıra biləcəyinə zəmanət haradadır?", – deyə Hovhannisyan bildirib.
Onun sözlərinə görə, Ermənistan cəmiyyətinin yeganə informasiya mənbəyi Azərbaycanın yeni tələblərini açıq şəkildə formalaşdıran Əliyev olub.
"Biz bir günə, bir həftəyə əsaslanaraq yaşayırıq və hər dəfə yeni açıqlamalarla təəccüblənirik. Azərbaycanın uzunmüddətli perspektiv üçün strateji düşüncə mədəniyyəti var və geosiyasi vəziyyətdən çıxış edərək ritorikasını dəyişir. Ermənistan hakimiyyəti tarixi səhvlərə yol verib. İstənilən ölkədə bu qədər səhvə yol verən hakimiyyət çoxdan getməli idi. Əliyev bu səhvlərdən parlaq şəkildə istifadə edir. O, Qərb platformalarında bacardığı hər şeyi aldı, o cümlədən Rusiya ilə isti münasibətlərinin olduğu və Qərbi regional işlərə qarışmamağa vadar etdiyi bəllidir", – Vahe Hovhannisyan qeyd edib.
Günel Mikaylova,
KONKRET.az

"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi
İran ordusunun zabiti öldürüldü
KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir
Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?
Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR