"Ermənistan gələcək Osmanlının əyalətlərindən birinə çevrilərsə, normallaşma mümkündür" - Satanovski
"Ərdoğanın yenidən prezident seçilməsindən sonra Türkiyənin Cənubi Qafqaz siyasəti dəyişməyəcək".
KONKRET.az xəbər verir ki, bu fikri rusiyalı politoloq, şərqşünas Yevgeni Satanovski səsləndirib.
Onun fikrincə, bu, artıq Azərbaycanın Ermənistana qarşı irəli sürdüyü kifayət qədər sərt ultimatumda nəzərə çarpır.
"Ərdoğan qalib gəldi və o, Bakının ən yaxın müttəfiqidir. Dağlıq Qarabağ və onun Ermənistana məxsusluğu mövzusu qapanıb, Paşinyan qapayıb. Ermənilərin orada qalıb-qalmayacağı sual altındadır. Bundan başqa, Azərbaycandan Ermənistan ərazisindən keçməklə Naxçıvana dəhliz mövzusu açıqdır və böyük sual "Sünik" rayonunun Ermənistanın nəzarətində qalıb-qalmayacağıdır. Paşinyan açıq şəkildə Qarabağdakı Rusiya hərbi bazasından və sülhməramlılarından xilas olmaq istəyir. Amma bu halda onun Bakı və Ankara ilə növbəti toqquşmada uduzacağı aydın məsələdi", – deyə Satanovski bildirib.
Politoloq, Paşinyanı mübahisəli şəxs adlandırıb.
"Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə gəlincə, hər şey bizim mövqeyimizdən aılıdır. Əgər Ermənistan bu gün Ərdoğanın qurmaq istədiyi gələcək Osmanlının əyalətlərindən birinə çevrilərsə, o zaman normallaşma mümkündür", – deyə Satanovski bildirib.
O, əlavə edib ki, Paşinyanın sırf Qərbə yönəlməsi Ermənistana başqa çarə buraxmır.
"Nikolun etdiyi hər şey ABŞ-ın maraqlarına uyğundur. ABŞ-ın maraqları isə Ermənistanla İran və Rusiya arasında əlaqənin itməsindədir. Belə olan halda Ermənistanın hansı şansları var? Heç bir şansı. Türkiyənin periferiyası olacaq. Ərdoğanın bu cür normallaşması, şübhəsiz ki, uyğun olacaq", – deyə rusiyalı politoloq qeyd edib.
Günel Mikayılova,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi