Ermənistan konstitusiyasının sülhə mane olan bəndləri - 2027-ci ilə qədər barış olmayacaq?

Ermənistan konstitusiyasının sülhə mane olan bəndləri - 2027-ci ilə qədər barış olmayacaq?Məlum olduğu kimi, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasına dəyişiklik edilməsini şərt kimi irəli sürüb. Bu, dövlətimizin irəli sürdüyü 5 baza prinsipindən biridir.
Prezident İlham Əliyev bu prosedurların icra olunmayacağı təqdirdə sülh əldə edilməsinin mümkünsüzlüyünü bildirib. Rəsmi Bakının israrlı tələblərinin səbəbi isə Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer almasıdır.
Dünən isə Ermənistanın ədliyyə naziri Qriqor Minasyan konstitusiya islahatları ilə bağlı referendumun 2027-ci ildə keçiriləcəyini açıqlayıb.
Maraqlıdır, Bakının Ermənistan konstitusiyasında dəyişdirilməsini tələb etdiyi maddələr hansılardır və həmin bəndlərdə nə yazılıb?
KONKRET.azxatırladır ki, Ermənistanın əsas Qanunu 5 iyul 1995-ci ildə qəbul edilsə də, 2005 və 2015-ci illərdə dəyişikliklərlə uğrayıb. Ermənistan konstitusiyasın isə nə ərazi iddiaları ilə bağlı birbaşa eyham yoxdur, həmin məqam Ermənistanın İstiqlal Bəyannaməsində yer alıb. Sözügedən sənədin mətni 23 avqust 1990-cı ildə Ermənistan SSR Ali Soveti tərəfindən tərtib olunub. Bəyannamədə "Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında" müddəa öz əksini tapıb və konstitusiyada da bu akta istinad olunub.
Qeyd edək ki, Ermənistan konstitusiyası İstiqlaliyyət Bəyyannaməsində yer alan ümummilli dəyərləri əsas hədəf kimi götürür. Bu, birbaşa olmasa da, dolayısı ilə Azərbaycana qarşı ərazi iddialarının irəli sürülməsidir.
Ermənilərin Azərbaycanla yanaşı Türkiyəyə də ərazi iddiası var. Bəyyannamədə "Qərbi Ermənistan" adlandırılan ərazi vahidinə Türkiyənin 6 şərq əyaləti – Ərzurum, Van, Bitlis, Diyarbakır, Harput və Sivas daxildir.
Sonuncu məqam isə qondarma soyqırım iddiasıdır. Sənədin 11-ci maddəsində qeyd edilir ki, "Ermənistan Respublikası, Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda törədilmiş 1915-ci il soyqırımının beynəlxalq səviyyədə tanınmasına nail olmaq vəzifəsini dəstəkləyir".
Qeyd etdiyimiz kimi, qonşu ölkə konstitusiyanın 1-ci maddəsində ümumilli dəyərlərin mənbəyi istinad edilən Ermənistanın İstiqlaliyyət Bəyannaməsi əsas götürüldüyü üçün Azərbaycan tərəfi sülh üçün həmin bəndlərin dəyişdirilməsini tələb edir. Baş nazir Nikol Paşinyan da bunun vacibliyini açıqlayıb. Lakin sözügedən prosesin ən tezi 2027-ci ildə yekunlaşacağı bildirilib.
Məlik Məlikov,
KONKRET.az

Siyasi       Tarix: 30 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal oxu.az xeberler valyuta mezenesi metbuat