Restoranda hesab ödəmək kriptovalyuta ilə reallaşacaq

Restoranda hesab ödəmək kriptovalyuta ilə reallaşacaqQazaxıstanda kriptokart dövrü başlayır, yəni alış-veriş və restoranda hesab ödəmək kriptovalyuta ilə reallaşacaq.
Qazaxıstan Mərkəzi Bankı rəqəmsal maliyyə sahəsində önəmli yenilik edib – kriptokart layihəsinə start verilib. Artıq vətəndaşlar kriptovalyutalarını real vaxtda real pula çevirərək mağazalarda, restoranlarda, kafe və digər pərakəndə ticarət məkanlarında adi bank kartı kimi istifadə edə biləcəklər. Layihəyə ilkin mərhələdə bir neçə bank qoşulub. Kartlar Qazaxıstanda rəsmi lisenziya almış kriptobirjalarla birbaşa inteqrasiya olunub.
Tranzaksiya necə işləyir?
KONRKET.az xəbər verir ki, mövzunu Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru Osman Gündüz təhlil edib:
"İstifadəçi lisenziyalaşdırılmış platformalarda (BitGet, Binance, ByBit, Coinbase və s. ) kriptovalyuta saxlayır.
Ödəniş anında bu aktiv dərhal bazarda satılır. Ekvivalent məbləğ karta yüklənir və ödəniş milli valyuta ilə baş tutur. Proses tam avtomatik və real vaxtda baş verir".
Onun sözlərinə görə, bu layihə hazırda pilot rejimdə həyata keçirilir – yəni məhdud istifadəçi qrupu və seçilmiş banklarla test edilir. Mərkəzi Bankın məlumatında konkret şəhər göstərilməsə də, kriptovalyutanın daha geniş tətbiqi üçün Prezidentin təşəbbüsü ilə ayrıca bir "kriptopilot şəhər" – CryptoCity layihəsi də hazırlanır. Onun Alatau şəhərində qurulması planlaşdırılır. Burada kripto ilə əmlak alışı, restoran ödənişləri və digər xidmətlər geniş şəkildə sınaqdan keçiriləcək:
"Kriptovalyutanın ilk dəfə gündəlik həyatın bir hissəsinə çevrilməsi əhəmiyyətli hadisədir. Bununla da  rəqəmsal aktivlər real iqtisadi dövriyyəyə daxil olur. Bank sektoru ilə blokçeyn texnologiyası arasında birbaşa əlaqə qurulmuş olur. Yəni ənənəvi ödənişlə kripto ödəniş arasında bağlantı yaranır və bununla da rəqəmsal aktivlər geniş kütlə üçün əlçatan olur. Qazaxıstanda 2020-ci ildən "Rəqəmsal aktivlər haqqında" qanun qəbul edilib.
Bu qanun kriptovalyutaların hüquqi statusunu, onların mübadiləsini, saxlanmasını və mayninq fəaliyyətini tənzimləyir.Bir neçə il öncədən bu ölkədə kriptovalyutaların alqı-satqısına icazə verilib.
Özbəkistan da paralel olaraq bu istiqamətdə irəliləyir – 2018-ci ildən etibarən qəbul etdiyi normativ aktlarla kriptovalyutaların dövriyyəsi, blokçeyn texnologiyası və mayninq fəaliyyəti üçün hüquqi baza – əlverişli mühit formalaşdırıb. BitGet qısa zamanda bu ölkədə ən populyar kripto platformaya çevrilib.
Azərbaycan Mərkəzi Bankı da cari ildə pilot qaydada (Sandbox rejimində) kripto layihələrə start verib. İşçi qrup formalaşdırılıb. Eyni anda dörd layihə fəaliyyətə başlayıb. Rəqəmsal manatla bağlı müzakirələr aparılır.
Lakin hələlik hüquqi bazanın yaradılması, kriptovalyutaların bank və ödəniş sektoruna real inteqrasiyası üzrə konkret addımlar müşahidə olunmur.Düşünürəm ki, ölkəmizdə bu sektorun inkişafı innovasiyaların təşviqi, regionda rəqəmsal biznesdə rəqabətə davamlılıq, yeni iş yerlərinin açılması və ixtisaslı mütəxəssislərin yetişdirilməsi baxımından böyük əhəmiyyət daşıyır". / konkret.az

Sosial       Tarix: 11 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Bakıda hava limanında ƏMƏLİYYAT - FOTO

Ciddə-Bakı aviareysi ilə Azərbaycana gələn sərnişinlərin çamadanlarından gömrük orqanına bəyan edilməyən saat və planşetlər aşkarlanıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, Hava Nəqliyyatınd

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal xeber en sonxeber xabarlar cebheden xeber