Zəngəzur dəhlizi ilə bağlı YENİ MƏQAMLAR: "İran nə qədər dirənsə də..."

Zəngəzur dəhlizi ilə bağlı YENİ MƏQAMLAR: "İran Zəngəzur dəhlizinin yaradılması cəhdinin qarşısını alıb". Bunu İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib. O bildirib ki, hətta ABŞ və digər Qərb ölkələri Zəngəzur dəhlizinin açılmasına razılıq versələr də, İran bunun qarşısını ala bilib. Bəs görəsən, Vilayətinin dedikləri nə dərəcədə realdır? İranın bu dəhlizin açılmasına mane olmağa gücü çata bilərmi ?
Mövzunu KONKRET.az-a siyasi analitik Cavanşir Abbaslı şərh edib:
Zəngəzur dəhlizi ilə bağlı YENİ MƏQAMLAR: "İran bu dəhlizin açılmasına qarşı mövqeyini dəyişməz olaraq saxlayır və sözügedən məsələdə öz prinsipial yanaşmasını dəfələrlə nümayiş etdirib. Ərdoğanın təklif etdiyi 3+3 formatında iştirak edən 6 ölkədən 5-i bu dəhlizin açılmasını dəstəkləyir. Təkcə İran prosesə qarşı çıxır. Hətta Ermənistan belə bu məsələyə əvvəllər olduğu qədər sərt yanaşmır."
Politoloq qeyd edib ki, regionda sanksiyalara məruz qalan iki əsas ölkədən biri olan İran bu məsələ ilə bağlı sonadək dirəniş göstərsə də, prosesin gedişatına uyğun formada mövqeyini dəyişməyə məcbur qalacaq.
"Rusiya bu dəhlizin açılmasında maraqlı tərəf kimi görünür. İran-Rusiya münasibətləri də ortadadır. Ona görə də düşünmək olar ki, İran sona qədər bu dəhlizə qarşı çıxmayacaq. Əks halda, prosesdən itirən tərəf olacaq. İran müəyyən mərhələyə qədər müqavimət göstərəcək, lakin sonda regionun aparıcı güclərindən biri kimi Zəngəzur dəhlizinin açılmasına razılıq verəcək. Rəsmi Tehranın da artıq başqa çıxış yolu qalmır. Gec-tez bu məsələdə razılaşma əldə ediləcək."
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 11 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber.az 2026 cəbhədən video ən son xəbər cəbhədən son xəbərlər 2026