"Ermənistan mina terroruna görə Azərbaycana təzminat ödəməlidir"
"Son hadisələr göstərir ki, Ermənistan tərəfi bütün məsələlərdə olduğu kimi mina xəritələrinin verilməsində də süni əngəllər yaradır, Azərbaycana qarşı heç bir xoşməramlı münasibət göstərmir və beynəlxalq hüququ kobud şəkildə pozmağa davam edir".
KONKRET.az xəbər verir ki, bu fikirləri politoloq İlqar Vəlizadə deyib.
O xatırladıb ki, ermənilərin mina təxribatının nəticəsində faciəvi hadisələr davam edir, itkilərimiz artır:
"Beynəlxalq təsisatlar, təşkilatlar səviyyəsində dəfələrlə bu məsələləri qaldırmalıyıq. Azərbaycan tərəfi Ermənistana iradlarını dönə-dönə bildirməlidir ki, nəticədə heç olmasa beynəlxalq təşkilatlar ermənilərdən bunu tələb edə bilsin. Ermənistanın onsuz da xoşagəlməz imici formalaşıb. Rəsmi İrəvan hansısa tədbirlər görməlidir ki, bunu heç olmasa yaxşıya doğru dəyişə bilsin.
Beynəlxalq hüquq normalarına, qoşulduğu konvensiyaların şərtlərinə, o cümlədən minalarla əlaqədar konvensiyanın tələblərinə əməl etməyən, hüquq prinsiplərini pozan Ermənistana heç kim təsir etməyib. İndi də vasitəçi ölkələr, beynəlxalq təşkilatlar Paşinyan hakimiyyətinə təsir göstərmirlər. İstənilən halda biz çalışmalıyıq beynəlxalq səviyyədə Ermənistanın yararsız siyasətinə diqqətin cəlb olunmasını təmin edək. Başqa çıxış yolumuz qalmır.
Digər tərəfdən müxtəlif səviyyələrdə müzakirələr aparılır ki, Ermənistan Azərbaycana təzminat ödəsin. Düşünürəm ki, digər qanun pozuntuları ilə yanaşı mina terroru ilə bağlı da Azərbaycana dəyən zərərin ödənilməsi beynəlxalq məhkəmələrin diqqətində olmalıdır. Bu məsələ ilə bağlı hüquqşünaslar, mütəxəssislər işləməlidirlər ki, Ermənistan mina terroruna görə məsuliyyətə cəlb edilsin".//Oxu.az

"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi