Ermənistan Qarabağa 400 ton yük göndərir - Laçın sərhəd keçid məntəqəsi isə bağlıdır
Bərdə-Ağdam-Xankəndi yolundan humanitar yüklərin daşınmasından imtina edilməsi ermənilərin regionda vəziyyəti gərginləşdirmək planıdır. "Humanitar böhran"la bağlı dünya ictimaiyyətinin diqqətini cəlb etmək istəyən ermənilər eyni zamanda sülh danışıqlarına da mane olmağa çalışırlar.
Azərbaycandan ərzaq məhsullarının qəbulunu özlərinə təhqir sayan ermənilər əslində siyasi manipulyasiya edir. Xankəndidə və İrəvanda aksiyalar keçirən ermənilərin bu addımı həm də havadarlarına mesajdır.
İndi Qərb mətbuatında ATƏT-in Minsk qrupunun yenidən bərpa edilməsilə bağlı cəfəng fikirlər, ABŞ və Fransanın ermənilərə dəstəyi fonunda baş verən son hadisələr göstərir ki, Cənubi Qafqazda münaqişə ocağının alovlanmasında maraqlı tərəflər var. Qarabağ separatçılarının liderinin ultimatum dolu bəyanatı və Xankəndidə aclıq aksiyasına başlaması da sıradan bir hadisə deyil. Baş separatçıya dəstək verən qüvvələr eyni zamanda erməniləri Ağdam yolundan yüklərin daşınmasının qarşısını almağa təhrik edirlər. Havadarlarının onlara dəstəyindən ilhamlanan separatçı qüvvələr Azərbaycanla bir yerdə yaşamağın mümkün olmayacağı barədə bəyanatlar verir, dünyaya özlərini "müstəqil" dövlət kimi təqdim etməyə çalışırlar.
İndi ermənilərin məqsədi nəyin bahasına olursa-olsun Laçın yolundan istifadəni bərpa etməkdir. Azərbaycanın isə mövqeyi qətidir və sərhədlər ciddi mühafizə olunur. Azərbaycan Ermənistan sərhədinin Laçın ərazisindən keçən hissəsində də ordumuz döyüş tapşırıqlarına hazır vəziyyətdədir. Ermənilər də bunu yaxşı bilir və təxribatçı hərəkətlərindən əl çəkmirlər.
Ağdam yolundan humanitar yüklərin qəbulu təklifini rədd edən separatçılara Ermənistandan bu gün 19 avtomobil 400 ton yük gətirir. Ermənistan mətbuatının məlumatına görə, artıq avtomobil karvanı Gorus rayonu ərazisindədir. Deməli, Laçın sərhəd keçid məntəqəsinə çatmağa az qalır.
Ermənistan bu addımı ilə siyasi atmosferi bir qədər də pozur. Avtomobil karvanının Qarabağ ərazisinə buraxılmayacağı dəqiqdir və bunu ermənilər də bilir. İndi Azərbaycanı "humanitar fəlakətdə" günahlandırmaq üçün növbəti fürsət gözləyirlər. Qarabağ separatçılarına dəstək verən Paşinyan hökumətinin bu addımı növbəti təxribatdır.
Azərbaycan ərazisindən ərzaq daşınmasını milli maraqlarına və siyasi imiclərinə zərbə vuracağını düşünən ermənilər hətta marşrutun keçəcəyi Ağdam-Əsgəran yolunu beton maneələrlə bağlayıblar. Ermənistan isə Qarabağa Laçın yolu vasitəsilə 400 ton yük göndərir. Bir neçə saatdan sonra isə həmin karvan İrəvana geri qaytarılacaq.
Vəli Həsənov
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi