"Ermənistan Rusiyanın sülhməramlı rolunda yox, İrəvanın tərəfində döyüşəcəyini gözləyirdi" - Satanovski
"Putin Paşinyandan daha çox erməni ola bilməz. Əgər suveren dövlətin başçısı açıq şəkildə deyirsə ki, ərazilərə dair hər hansı iddiadan imtina edir, o zaman Rusiyanın bununla heç bir əlaqəsi yoxdur".
KONKRET.az xəbər verir ki, bu fikri rusiyalı politoloq, şərqşünas Yevgeni Satanovski Vladimir Solovyovun verilişində səsləndirib.
O, Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağı təslim etdiyini" və bu nəticənin İkinci Qarabağ müharibəsi zamanı göz qabağında olduğunu deyib.
Satanovskinin sözlərinə görə, 44 günlük müharibə zamanı Ermənistan hakimiyyəti Rusiyanın sülhməramlılar rolunda iştirakını yox, İrəvanın tərəfində müharibəyə girəcəyini gözləyirdi.
"Moskva məlum səbəblərə görə bunu edə bilməz: həm Ermənistan, həm də Azərbaycan Rusiya üçün dost dövlətlərdir. Ermənilərin hazırda Ukraynada bizim tərəfdə vuruşmaması Rusiyanı təəccübləndirmir, elə deyilmi? Bundan əlavə, əgər siz Moskvanın dəstəyini gözləyirsinizsə, məncə, NATO təlimlərində iştirak etməkdən və KTMT-nin hərbi təlimlərini keçirməkdən imtina etməkdən vaz keçməlisiniz".
Günel Mikayılova,
KONKRET.az

"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi