Ermənistan sərhədində görüşlə bağlı YENİ TƏFƏRRÜATLAR

Ermənistan sərhədində görüşlə bağlı YENİ TƏFƏRRÜATLARErmənistan-Azərbaycan sərhədində iki ölkənin nümayəndələri arasında aprelin 1-də keçirilmiş görüşün bəzi yeni təfərrüatları bəlli olub.
Qeyd edək ki, xəbəri ilk olaraq Ermənistan Milli Təhlükəsizlik Xidməti yayıb.  "Tex-Kornidzor sahəsində Ermənistan və Azərbaycan nümayəndələrinin iştirakı ilə görüş olub, sərhədin dəqiqləşdirilməsi üzrə işlər aparılıb, nəticədə bu sahədə vəziyyət xeyli yaxşılaşıb. Hazırda işlər davam edir, nəticələr  barədə ictimaiyyətə əlavə məlumat veriləcək" deyə, məlumatda bildirilirdi. 
Məlumdur ki, martın 30-da Azərbaycan ordusu sözügedən istiqamətdə bir sıra yüksəklikləri tutub, mövqeləri təchiz edib və Ermənistanla şərti sərhəd sahəsini nəzarətə götürüb. İndiyədək Azərbaycanın hərbi mövqeləri müəyyən məsafədə idi, çünki bu istiqamətdə erməni tərəfi Texdən Laçın dəhlizinin yeni trasına  (2022-ci ilin avqustunda istismara verilib) qədər olan yoldan istifadəyə davam edirdi. Hazırda Ermənistan Kornidzor kəndindən bu magistrala gedən yolun özünə aid hissəsini tikib.
"Hraparak" qəzeti yerli mənbələrə istinadən yazıb ki, sərhəddəki danışıqlarda Rusiya sülhməramlılarının nümayəndələri də iştirak edib. Ermənistan tərəfdən danışıqları Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan aparıb. Erməni nəşri yazır ki, Abazyan azərbaycanlıları bu günlərdə tutduqları mövqelərdən "Dostluq abidəsi"nə qədər geri çəkilməyə razı salmağa çalışıb. Lakin danışıqlar nəticə verməyib və azərbaycanlılar öz mövqelərində qalıblar.
Maraqlıdır ki, Azərbaycan tərəfi hələ də görüş barədə rəsmi məlumat verməyib.
Ermənistanda isə Azərbaycanın öz sərhədləri çərçivəsində mümkün sərhəd postu qurmasından ciddi narahatlıqlar başlayıb. "Hayastan" parlament fraksiyasının deputatı Qeqam Manukyan  bir gün əvvəl Tex kəndində olub.  
Azərbaycanla razılaşmalar olması barədə  iddiaları şərh edən Qeqam Manukyan deyib ki, ortada belə bir sənəd  yoxdur: "Azərbaycanla razılaşma hansı formatda olub, yazılı, yoxsa şifahi bu bilinmir. Sərhədin demarkasiyası və delimitasiyası üzrə birgə Ermənistan-Azərbaycan komissiyası olsa da, onun işindən də heç kimin xəbəri yoxdur.  Ermənistanın Sərhəd Qoşunları daha zəif maddi-texniki təchizat, zəif texnikası var.  Azərbaycan isə 2010-cu illərin ortalarından etibarən  sərhəddə bu işi geniş texniki təchizata malik döyüş bölmələri olan sərhəd qoşunlarına həvalə edib. Ermənistan niyə zəif texniki təchizatı olan Sərhəd Qoşunlarını ora yerləşdirir, bilinmir."  
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan da  yeni yolda, Ermənistan-Azərbaycan sərhəddində post qurmasından narahatlığını dilə gətirib. O deyib ki, bu yolla Qarabağ ermənilərinə təzyiqləri daha da artıracaq. /Musavat.com / azxeber.com

Sosial       Tarix: 03 aprel 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti


azerbaycan xeberleri yeni xeberler son xeberler hava proqnozu sonxeber valyuta mezenesi kriminal