Ermənistan SİLKƏLƏNİR: çox sayda yüksək vəzifəli şəxs işdən çıxarıldı
Bir ay ərzində Ermənistanda 6 yüksək vəzifəli şəxs vəzifəsindən azad edilib.
Vəzifəsindən azad olunanların hamsı güc strukturlarında çalışan şəxslərdir. Paşinyan hakimiyyəti azad olunanlarının bəzilərinin adına qalmaqallar yaratmaqla Azərbaycan Ordusu qarşısındakı ardıcıl məğlubiyyətlərinə bəhanə tapmağa çalışır.
1 ay ərzində Ermənistanda vəzifəsindən azad edilən, yaxud işini itirən yüksək rütbəli şəxslər:
- Milli Təhlükəsizlik Xidməti naziri Arqişti Karamyan
- Sərhəd Qoşunları komandanı general-polkovnik Vaginak Sarksyan
- Milli Təhlükəsizlik Xidmətinin Əks-Kəşfiyyat Departamentinin rəisi, general-mayor Ovannes Karumyan
- Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Baş Qərargah rəisi Gagik Tevosyan
- Qondarma "dqr" "Müdafiə Naziri" Cəlal Harutyunyan
- Ermənistanın Ədliyyə Nazirinin müavini Vahe Danielyan
Qeyd edək ki, son günlər erməni cəmiyyətində Paşinyan hakimiyyətinə təzyiqlər artmaqdadır. Artıq baş nazirinin ünvanına mediada və sosial şəbəkələrdə açıq məktublar ünvanlanaraq ittihamlar səsləndirilir. Ondan hakimiyyəti bu böhran vəziyyətindən çıxara biləcək birinə verməsi tələb olunur. /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək