Ermənistan təxribatın miqyasını genişləndirir, Azərbaycan üçün yeni "sürprizlər" gətirir – ŞƏRH

Ermənistan təxribatın miqyasını genişləndirir, Azərbaycan üçün yeni "sürprizlər" gətirir – ŞƏRH Ermənistan təxribatın miqyasını genişləndirir, Azərbaycan üçün yeni "sürprizlər" gətirir – ŞƏRH
Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərinə əhali köçürməsi qeyri-qanunidir. Beynəxalq konvensiyalar, miqrasiya ilə bağlı qəbul edilmiş razılaşmalar qanunsuz məskunlaşdırmanı qəti surətdə qadağan edir.
Bunu Oxu.Az-a açıqlamasında politoloq Qabil Hüseynli Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin açıqlamasını şərh edərkən deyib.
Bildirək ki, H.Hacıyev Ermənistanın Livan və Suriyadan Azərbaycanın işğal altındakı ərazilərinə qeyri-qanuni köçürülmüş insanlardan muzdlular kimi istifadə olunduğunu vurğulayıb.
Ümumiyyətlə Ermənistan qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirməklə işğal etdiyi Azərbaycan ərazilərində demoqrafik vəziyyəti dəyişməyə çalışır.
Müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə Konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir.
Ekspert Q.Hüseynlinin fikrincə, Ermənistanın işğal altında olan bölgələrə əhali yerləşdirməsi onun çox böyük məsuliyyətin altına girməsi deməkdir.
Onun sözlərinə görə, Ermənistan işğal etdiyi ərazilərin maddi və mənəvi sərvətlərini mənimsəyir, ekologiyasına ciddi ziyan vurur.
"Ermənistanın Azərbaycanın işğal altında olan ərazilərdə vandallıqları, ekoloji terroru azmış kimi, indi də orada qeyri-qanuni məskunlaşdırmanı həyata keçirməklə təxribatın miqyasını genişləndirir. Ermənistan köçürdüyü əhaliyə primitiv formada yaşayış binaları təklif edir. O yaşayış binaları heç bir infrastruktura malik deyil, heç bir istilik sistemi yoxdur", - deyə Q.Hüseynli qeyd edib.
Ekspert hesab edir ki, Ermənistan Livandan və Suriyadan Qarabağa köçürdüyü insanlardan muzdlular hazırlayır.
Q.Hüseynlinin dediyinə görə, bütün bunların hamısı müharibə dövrünün qayda-qanunlarını ayaqlar altına atmaq deməkdir
"Belə görünür ki, Ermənistan beynəlxalq öhdəliklərin heç birini yerinə yetirmir və yerinə yetirmək fikrində də deyil" - deyən Q.Hüseynli onu da bildirib ki, mövcud vəziyyət Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi üçün ikiqat məsuliyyət yaradır:
"Çünki Ermənistan hər gün Azərbaycan üçün yeni "sürprizlər" gətirir. Ermənistan özünün qəyyumları, havadarları vasitəsilə Azərbaycan ərazisinin işğalının daimi hal almasını həyata keçirməyə çalışır".
Xatırladaq ki, Prezidentin köməkçisi H.Hacıyev bəyanatında onu da söyləyib ki, beynəlxalq hüquqa əsasən işğalçı dövlət tərəfindən işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması müharibə cinayəti kimi tövsif edilməlidir.
Bu baxımdan Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşma müharibə cinayətidir.
Aqşin Kərimov

Siyasi       Tarix: 12 sentyabr 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyə Mosul yaxınlığındakı hərbi bazanı İraqa təhvil verəcək

Türkiyə Mosul yaxınlığındakı Başika-Zilkan hərbi bazasını İraqa təhvil verəcək. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraq hökumətinin Sincarda təhlükəsizliyi

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son görüntülər son.xabar xəbər hava proqnozu