Ermənistan vətəndaş müharibəsi təhlükəsi ilə ÜZ-ÜZƏ: Ter-Petrosyan NƏDƏN QORXUR?

Ermənistan vətəndaş müharibəsi təhlükəsi ilə ÜZ-ÜZƏ: Ter-Petrosyan NƏDƏN QORXUR?Ermənistanda daxili siyasi vəziyyət az qala vətəndaş müharibəsinə çevrilmək həddindədir.
Publika.az xəbər verir ki, bunu Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.
Ter-Petrosyanın qeyd etdiyi kimi, baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan və eks-prezident Robert Koçaryan arasında aşkar şəkildə antaqonizm mövcuddur. Və o, bu düşmənçiliyin qarşısı alınmasa, nə olacağını təsəvvür etməyə qorxur. Keçmiş dövlət başçısı hesab edir ki, hər iki tərəf ölüm-qalım məsələsini həll edir.
Onun fikrincə, siyasi mənada 27 siyasi qüvvənin parlament seçkilərində iştirak etməsi üçün qeydiyyata alınması normal deyil. Parlament idarəetmə sistemi olan dövlətlərin maksimum 2-3 güclü partiyası olmalıdır. Onlar vaxtaşırı bir-birini əvəz etməli, dövlət düşüncəsinə malik olmalı və ölkəni sarsıntılara gətirməməlidirlər.
Ter-Petrosyan əmindir ki, Ermənistan üçün parlament idarəetmə sistemi ölüm deməkdir. Və mütləq idarəetmənin Prezident formasına qayıtmaq lazımdır. O, parlament sisteminə keçidi üçüncü prezident Serj Sarqsyanın ən böyük səhvi adlandırıb.
Sabiq dövlət başçısı xatırladıb ki, bundan əvvəl o, Koçaryana və Sarqsyana Paşinyanı devirmək məqsədilə seçkidə birgə iştirak təklif etmişdi. Ter-Petrosyan hesab edir ki, bu, Paşinyandan xilas olmaq üçün ən ağıllı yol idi, amma ikinci və üçüncü prezidentlər bu təklifi rədd etdilər.
İndi isə belə düşmənçilik və hərc-mərclik fonunda Ter-Petrosyan vəziyyətin inkişafının bir neçə mümkün variantını sadalayır. Ya Paşinyan, ya da Koçaryan qalib gəlir ki, bu da hər ikisi ilə bağlı az ağlabatandır. Başqa variantda isə rəngarəng mənzərə yaranır: heç kim əksəriyyət qazana bilmir və ölkə siyasi böhranların burulğanına düşür. Bu halda parlament ittifaqları, bir qayda olaraq, möhkəm olmurlar.
Bununla yanaşı, Ermənistanın birinci prezidenti qeyd edib ki, digər partiyalardan fərqli olaraq, onun proqramı lakonikdir və yaranmış vəziyyətin tənzimlənməsinə yönəlib.
"Hazırda bütün partiyalar bu və ya digər sahələrdə islahatların qeyd olunduğu geniş proqramlar, xarici siyasətin vizionunu təqdim edirlər. Belə bir sənədi bizə də gətirmişdilər. Uşaqlara dedim ki, atın kənara", - deyə Ter-Petrosyan bildirib.
O, bütün bunların parlamentdə çıxış etmək üçün yaxşı mövzu olduğunu bildirib, amma qeyd edib ki, əslində isə bu gün ölkəni bürümüş yanğının söndürülməsi daha vacibdir. Ermənistanın ilk prezidenti mövcud vəziyyəti 90-cı illərin əvvəlləri ilə müqayisə edib. Onun sözlərinə görə, dövlət maşını, indi olduğu kimi, o vaxt da dağılmışdı, idarəetmə sıfır səviyyəsindəydi, polis yox idi, yerli özünüidarə orqanları yox idi, məhkəmələr işləmirdi...
Ter-Petrosyanın fikrincə, Ermənistanı çox kədərli günlər gözləyir. / "Virtualaz"

Dünya       Tarix: 28 may 2021
f Paylaş

Oxşar xəbərlər

Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər

Çinin "Sohu" portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb. xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənu

2021-ci ilin ən varlı 10 insanı - SİYAHI

"Bloomberg" 2021-ci ildə dünyanın ən varlı iş adamlarının siyahısını hazırlayıb. Pandemiyaya baxmayaraq onlar ötən il də maddi güclərini artırmağı bacarıblar. xəbər verir ki, siyahıda birinci "Tesla" v

2021-ci ilin ən DƏHŞƏTLİ MÜHARİBƏLƏRİ: yüz minlərlə ölü... - SİYAHI

2021-ci ildə baş verən müharibələr yüz minlərlə insanın ölümünə səbəb olub. ABŞ-ın savaş qurbanlarının sayına görə "Müharibə Statistikaları Analitik Mərkəzi"nin sıraladığı və yayımladığı siyahını təqdim edir:. Birinc

ABŞ 20-dən çox rus PUA-sını vurdu

Suriya və Ukrayna üzərində uçan rus istehsalı "Lancet" pilotsuz aparatları naməlum silahlarla vurulub. -a istinadla xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Rusiyanın PUA texnologiyasını öyrənmək istəyə

"Taliban"la Türkmənistan sərhədçiləri arasında TOQQUŞMA

Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub. Bu barədə Əfqanıstanın "Hasht-e subh" qəzeti yazıb. Qəze

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua

Türkiyə Ordusu çox sayda terrorçunu zərərsizləşdirdi

"Sülh Çeşməsi", "Zeytun Budağı" və "Fərat Qalxanı" əməliyyat bölgələrində təxribat atəşi açan və əraziyə sızmağa cəhd edən 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib. xəbər verir ki, bu barədə Türkiy

Ermənistan Azərbaycana görə Zəngəzurun mərkəzini dəyişir

Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir. xəbər verir ki, Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır

Vyana danışıqları bərpa edildi

Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planının tam fəaliyyətini bərpa etmək üçün danışıqlar bərpa olunub. xəbər verir ki, bunu Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib. "Qıs


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeber xəbər.az cəbhədən canlı xeberler bu gun