Ermənistan yük maşınlarını nümayiş xətrinə Laçın sərhəd məntəqəsinə göndərməkdənsə, Azərbaycana qarşı ərazi iddialarına son verməlidir
Xankəndidəki separatçıların marionet "liderləri" yerli əhalini öz siyasi ambisiyaları naminə girov saxlayır.
azxeber.com APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Aİ ölkələrinin, həmçinin Türkiyə, ABŞ və İsveçrə səfirlərinin iştirakı ilə keçirilən görüşdən sonrakı Tvitter paylaşımında bildirib.
"Teatral səhnələr və yük maşınlarını nümayiş xətrinə Laçın yoxlanış məntəqəsinə gətirməkdənsə, Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son verməli, öz qüvvələrinin elementlərini Azərbaycanın Qarabağ regionundan çəkməli və qanunsuz marionet rejimin maliyyələşdirməsini dayandırmalıdır", - Hikmət Hacıyev qeyd edib.
Prezidentin köməkçisi onu da qeyd edib ki, Qarabağdakı bütün qanunsuz qüvvələrin tərksilah edilməsi təmin olunmalıdır.
"Beynəlxalq ictimaiyyət Ağdam-Xankəndi yolunun istifadəsi və Qarabağın erməni sakinlərinin Azərbaycana reinteqrasiyası ilə bağlı aydın siqnal göndərməlidir", - Hikmət Hacıyev əlavə edib.
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi