Ermənistanda DƏHŞƏTLİ QƏZA: 5 hərbçi yaralandı
Ermənistan Müdafiə Nazirliyinin hərbçiləri yol qəzasına düşüb, 5 nəfər yaralanıb.
Məlumatı "Novosti Armeniya" yayıb.
Bildirilib ki, hadisə Yerevan-Mehri avtomobil yolunun 146-cı km-də baş verib. 38 yaşlı Ovanes Sarqsyanın idarə etdiyi "Mercedes" Armavir sakini, 45 yaşlı Avaq Barseqyanın idarə etdiyi "Opel Astra" ilə toqquşub. Nəticədə "Mercedes"in sürücüsü Sarqsyan, onun sərnişinləri - 55 yaşlı Yerevan sakini Nune Avetisyan, Qafan sakini, 23 yaşlı Siranuş Gümşudyan, "Opel Astra"nın sürücüsü Barseqyan və onun 17 yaşlı sərnişini Narek Barseqyan bədən xəsarəti alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Bildirilib ki, Ovanes Sarqsyan Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin xidmət rəisidir, Avaq Barseqyan isə hərbi hissələrdən birində müqavilə əsasında xidmət edir. (report) /publika.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı