Ermənistanda əsgərlər hərbi hissədən qaçdı
Ermənistanda bir qrup çağırışçı hərbi xidmətdən qaçıb.
Publika.az xəbər verir ki, hərbi hissələrdən birində çağırışçılar məzuniyyətdən xidmətə qayıtmayıb.
Ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 23-də bir qrup hərbçi və onların yaxınları əsgərlərin hərbi hissəyə qayıtmalarının qarşısını almağa çalışıb. Nəticədə ərazidə iğtişaşlar olub. Bölükdəki bəzi əsgərlər vəziyyətdən istifadə edərək icazəsiz bölüyü tərk edib.
Bölüyün komandanlığı rəsmi araşdırma əmri verib. Hərbi polis qaçan əsgərləri axtarır. Onlara qarşı cinayət işləri başlanacaq.
Qeyd edək ki, Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Daimi Komissiyasının sədri, hakim "Mənim addımım" blokundan millət vəkili Andranik Köçəryan 15 yanvarda jurnalistlərə açıqlamasında Hərbi Xidmət Qanunu və əlaqədar qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri paketini şərh edərkən söyləmişdi ki, Ermənistanı tərk edərək hərbi xidmətdən necə qaçmağı düşünən insanlar belə qərar verməzdən əvvəl bir daha düşünəcəklər. Bununla bağlı axtarışa veriləcək 10 mindən çox vətəndaş var.
Zümrüd
Xidmetler [newsid: 0-123300]

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər