Ermənistanda kartofun qiyməti niyə kəskin artıb? - Sabiq nazir müavini izah edir

Ermənistanda kartofun qiyməti niyə kəskin artıb? - Sabiq nazir müavini izah edirDizel yanacağı, gübrə və əkin materiallarının bahalaşması səbəbindən kartofin qiyməti yüksəlib.
KONKRET.az xəbər verir ki, bunu "Sputnik Ermənistan"a müsahibəsində Ermənistan kənd təsərrüfatı nazirinin keçmiş müavini Aşot Arutyunyan deyib.
Onun sözlərinə görə, ötən ilin payızından kartofun qiymətinin qalxacağı məlum olub. Lakin dövlət böhranın nəticələri ilə bağlı tədbirlər görmək əvəzinə, yazda kartof becərənlərə də məhdudiyyətlər qoyub və bu, vəziyyəti daha da gərginləşdirib.
"Dövlət kartofun satışını məhdudlaşdırmalı, fermerlərə onun satışını qadağan etməməli idi. Onlar əkin sahələrini və məhsuldarlığı artırmağa kömək edəcək müvafiq proqram hazırlamalı idilər, lakin onlar tam əksini etdilər", – Arutyunyan qeyd edib.
İndi bazarda tələb var, amma təklif yoxdur, yəni respublikada kartof qıtlığı var ki, bu da qiymətlərə təsir edir. Mütəxəssis qeyd edir ki, yeni kartofun bu problemi həll edəcəyi gözlənilirdi, amma burada da problemlər üzə çıxıb.
"Yeni kartofun əkin sahəsi azalıb, maya dəyəri artıb. Bundan başqa, kartof toxumu da bahalaşıb. Əvvəllər 200-250 dram idisə, bu gün 350-400 dramdır. Bu isə 60-70 faiz bahalaşma deməkdir. Kartofun qiyməti xüsusi olaraq əkin materialı ilə birbaşa bağlıdır", – deyə sabiq nazir müavini izah edib.
Həmçinin kartofun ixracı yüksək qiymətlərlə həyata keçirilir ki, bu da daxili bazarda bahalaşmaya şərait yaradır. Arutyunyanın sözlərinə görə, bu məsələdə dövlət səviyyəsində razılaşma yoxdur, Rusiyadan iş adamları özəl olaraq Ermənistana gəlib fermerlərdən kartofu baha qiymətə alırlar.
"Bu illər ərzində kartof bazarı əsasən tənzimlənirdi, çünki adətən ixrac məhdud idi, idxal isə praktiki olaraq yox idi. Sonra böhranlı vəziyyətlər tez həll olundu", – Arutyunyan bildirib.
Bu gün respublikada kartof qıtlığını ödəmək üçün Arutyunyanın sözlərinə görə, kartof İrandan, Misirdən, hətta Türkiyədən gətirilir. Kartof yenə bahalaşarsa, bu o deməkdir ki, gələcəkdə qiymətlərin əhəmiyyətli dərəcədə aşağı düşməsi mümkün deyil.
"Əgər yerli məhsul yaranarsa, bu, qiymətləri bir neçə faiz aşağı salacaq, lakin qiymətlər çox aşağı düşə bilməz, çünki bu il kartofun və ümumilikdə kənd təsərrüfatı məhsullarının qiyməti yüksək olacaq", – Arutyunyan əlavə edib.
Qeyd edək ki, Ermənistan bazarında kartofun qiyməti kəskin bahalaşaraq 1 kq-ı 500-600 drama çatıb. Sosial şəbəkələrdə istifadəçilər qiymət artımından narazılıqlarını bildirirlər.
Xatırladaq ki, hələ bu ilin fevral ayında kartofun 1 kiloqramı 250 dram olub və ötən illə müqayisədə artıq iki dəfə bahalaşıb. Ermənistanda kartofdan başqa, digər tərəvəz və bostan bitkilərinin də qiyməti artır.
Roman Göytürk, 
KONKRET.az
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Sosial       Tarix: 10 iyun 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son görüntülər cəbhədən son məlumatlar son xabar novruz bayramı