Ermənistanda Nazirlər Kabinetinin qarşısında etirazlar başladı
Avtomobil idxalçıları Vergi Məcəlləsinə gəlir vergisini müəyyən edən əlavə və dəyişikliklərdən narazı olduqları üçün Ermənistan hökumət binası qarşısında etiraz aksiyası keçirirlər.
KONKRET.azxəbər verir ki, xüsusilə, ABŞ-dan avtomobil idxal edən şirkətin nümayəndəsi Vardan Onanyan qeyd edib ki, dövlət düzəlişləri qəbul etməklə hüquqi şəxsləri avtomobillərin dəyərindən 20 faiz baha qiymətə satmağa məcbur edib.
Onun fikrincə, bu, qiymətlərin bahalaşmasına və əməliyyatların sayının azalmasına səbəb olacaq.
"Biz səlahiyyətli orqanlara qanunun tətbiqini bir neçə ay gecikdirmək üçün toplaşdıq, çünki Amerika hərraclarında alınmış avtomobillər artıq yoldadır və qəbul edilmiş düzəlişlərin tələblərinə cavab verməyən qiymət artıq alıcı ilə razılaşdırılıb", – deyə aksiyanın digər iştirakçısı bildirib.
Etirazçılar düzəlişlərin onlarla müzakirə olunmadığını və bunun onları təəccübləndirdiyini iddia edirlər.
Qeyd edək ki, dekabrın 1-dən Ermənistanda Vergi Məcəlləsinə avtomobil idxal edən şirkətlər üçün gəlir vergisi müəyyən edən yeni dəyişiklik və əlavələr paketi qüvvəyə minir.
Natiq Səlim,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi