Ermənistanda parlament böhranı başlayır – YENİ MƏRHƏLƏ

Ermənistanda parlament böhranı başlayır – YENİ MƏRHƏLƏDünən "Vətəndaş müqaviləsi" fraksiyasının üzvləri parlamentin təkbaşına iclasını keçirərək, vitse-spiker İşxan Saqatelyanın və İqtisadi məsələlər daimi komissiyasının sədri Vaqe Akopyanın səlahiyyətlərinə xitam verilməsinə səs veriblər.
KONKRET.az xəbər verir ki, bu barədə "Past" qəzeti yazıb.
"Hakimiyyətin bu addımından sonra müxalifətdə olan "Ermənistan" və "Mənim şərəfim var" fraksiyalarının üzvləri Komissiyanın sədri və sədr müavini vəzifələrindən istefa veriblər. Onların arasında Armen Gevorqyan, Tadevos Avetisyan, Artur Xaçatryan və Ayk Mamicanyan da var. Bir sözlə, müxalifətin cavabı gecikməyib və faktiki olaraq onların hamısı (Taquhi Tovmasyan istisna olmaqla) deputatlıqdan imtina ediblər.
Qeyd edək ki, müxalifət fraksiyaları parlamentin vitse-spikeri və daimi komissiyaların sədrləri vəzifələrinə müəyyən edilmiş müddətdə yeni namizədlər irəli sürməsələr, onlar vakant qalacaqlar, çünki "Vətəndaş müqaviləsi" fraksiyası namizədlərini irəli sürmək niyyətində deyil.
Ancaq məsələ ondadır ki, onlar öz namizədlərini irəli sürə bilməzlər, çünki bu vəzifələr haqlı olaraq müxalifət tərəfindən tutulmalıdır.
Son dəyişikliklərə görə, parlament yalnız komissiya sədrlərinin müavinləri vəzifələrinə namizədlər irəli sürə bilər.
Hüquqşünaslar və politoloqlar bildiriblər ki, əgər müxalifətin vəzifələri boş qalarsa, o zaman ölkə siyasi böhranın yeni mərhələsi – parlament böhranı ilə üzləşmiş olacaq. Bundan isə siyasi çoxluq (Paşinyanın komandası nəzərdə tutulur) üçün çıxış yolu tapmaq çətin olacaq, hətta qeyri-mümkün görsənir", – qəzet bildirib.
Roman Göytürk,
KONKRET.az
Ermənistanda parlament böhranı başlayır – YENİ MƏRHƏLƏ

Siyasi       Tarix: 03 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

İlham Əliyev bu şirkətlərin rəhbər şəxslərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxal

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib


yeni xeberler azerbaycan xeberleri son xeberler şou biznes xəbərləri iqtisadiyyat xeberleri bugun futbol xeberleri cəbhədən son xeber