Ermənistanda siyasi "döyüş"lər başlayıb: Müxalif deputatlar Paşinyana "hücum" etdi

Ermənistanda siyasi Donald Tramp ABŞ-də ikinci dəfə hakimiyyətə qayıtmaqla dünya düzəninə təsir etmək niyyətindədir. Qrenlandiya, Kanada və Panamayla bağlı bəyanatlarının səs-küyü səngiməmiş, Trampın Qəzza ilə bağlı fikirləri də aydın səmada şimşək effekti verdi. Hər kəs Qəzza əhalisinin köçürülməsini müzakirə etdiyi bir vaxtda, Trampın Putinlə saat yarımlıq telefon söhbəti dünya mediasının gündəmini zəbt etdi. Hər kəsin diqqəti dünya hegemonlarının söhbətinin müzakirəsinə qarışdığı bir vaxtda Ermənistan daxilində siyasi "döyüşlər" gedirdi.
Parlamentdə ənənvi hökumət saatında baş nazir Nikol Paşinyan müxalif deputatlarının "hücumuna" məruz qalıb. Paşinyanın ənənəvi düşmənləri bu dəfə də baş nazirin əsəbləriylə oynayıblar. Daim Paşinyanı tənqid edən "Ermənistan" blokunun deputatı Geqam Manukyan parlamentdə baş nazirə bir neçə atmaca atıb. O, Paşinyanın son bəyanatlarına işarə edərək, onun "tarixi Ermənistandan" imtinayla bağlı bəyanatını lağa qoyub:
"Bütün adları dəyişirsiniz, bəs Ararat Mirzoyanın adını nə vaxt dəyişəcəksiniz?".
Geqam Manukyan bununla rəsmi İrəvanın Türkiyəyə qarşı ərazi iddialarının olmaması ilə bağlı bəyanatına diqqət çəkib. Buna görə də, Ermənistan XİN rəhbərinin adından ironiya ilə istifadə edilib.
Qeyd edim ki, Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Türkiyə ərazisində yerləşən dağın adını daşıyır. Deməli, Ararat Mirzoyanın adında Türkiyəyə qarşı ərazi iddiası var və dəyişib Ağrı dağı Mirzoyan adlandırmaq daha məqsədəuyğun olardı. Məhz buna görə də Ermənistan parlamentinin deputatı da Mirzoyanın adının dəyişdirilməsini tələb edir.
Ermənistan XİN rəhbərinin Geqam Manukyana cavabı gecikməyib: "Mən səni həmişə öz şəxsiyyətini ucuz tutan adam kimi tanımışam". Doğrudan da Manukyanın ad dəyişmək təklifi Mirzoyana xəncər yarası təsiri bağışlayıb. Xarici işlər naziri ünvanına səslənən fikirləri təhqir kimi qəbul edib.
Ermənistan parlamentinin spikeri Alen Simonyan Manukyanın dediklərindən hiddətlənərək onun mikrofonunu söndürüb: "Ədəbli danışın, həddinizi aşmayın", -deyə Simonyan əsəbləşib.
Bax belə, bir-birilərinin adlarını, soyadlarını lağa qoya-qoya hansı ideologiyanı daşıdıqlarının fərqində deyillər. Manukyanlar anlamalıdırlar ki, erməni ad və soyadlarının əksəriyyəri Azərbaycan və Türk adlarıdır. Şirin(yan), Aslan(yan), Camal(yan), Tanırıverdi(yan), Xurşud(yan) və sadalamadığım yüzlərlə azərbaycanlı adını mənimsəyən ermənilər indi onlardan imtina etməyin yollarını axtarırlar. Tanınmış erməni politoloq Aleksandr İsgəndər(yan) dəfələrlə ermənilərin daşıdığı Azərbaycan və Türk adlarından bəhs edib və nədənsə öz soyadındakı İsgəndər adının da azrəbaycanlılara aid olduğunu xatırlamaq istəməyib. Məskunlaşdığı ərazilərdə qədim türk toponimlərinə qənim kəsilən, onların adını dəyişərək erməniləşdirən topluma görə, indi Ağrı dağının adı "Ararat"dır. İndi Paşinyan dövlət gerbindəki Ağrı dağı simvolundan imtina etmək qərarına gəlib. Başqa dövlətin ərazində yerləşən dağın Ermənistanın dövlət atributunda nə işi var? O zaman, ölkənin xarici işlər nazirinin adının dəyişilməsi təklifi də maraqlıdır.
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 14 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Ərəb Əmirliyinin Füceyrə əmirliyində 14 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı bu ölkəyə başsağlığı verib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan XİN-in X hesabınd

Prezident: Paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyirik

Azərbaycan Fələstin məsələsinə münasibətdə hər zaman həmrəylik nümayiş etdirərək bu problemin paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılması və BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlə

İrlandiyadakı tarixi görüş - Kameralara belə düşdü

Məlum olduğu kimi, Dublində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. -ın məlumatına görə, liderlərin görüşü Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısı çərçivəsind

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir

Ermənistan 2029-cu ildə BMT-nin İqlim Dəyişikliyi üzrə 34-cü Konfransının (COP34) keçirilməsi üçün öz namizədliyini irəli sürüb. KONKRET.azxəbər verir ki, bu barədə ətraf mühit naziri Ambarsum Matevosyan COP31 çərçivəsind

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

"Avropa Siyasi Birliyi"nin Dublin Sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun, enerji və nəqliyyat sahələrində tərəfdaşlığının, eləcə də regional sülh təşəbbüslərinin müzakirəsi baxımından mühüm əhəmiyyə

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 11-d

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində 14 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən ağır yol qəzası ilə bağlı başsağlığı verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X"

Azərbaycan ABŞ ilə aqrar sahədə əməkdaşlığı genişləndirəcək

Azərbaycan və ABŞ kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Bununla bağlı müzakirələr kənd təsərrüfatı naziri Məcnu

Ərdoğan Azərbaycana təşəkkür etdi

Hamımızın bir damı var, o da göy üzüdür. Hamımıızın evinin bir bağçası var, o da yer üzüdür. Bizim başqa göy üzümüz, yer üzümüz, okeanlarımız, dənizlərimiz və meşələrimiz yoxdur. xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcə


son xeberler yeni xeberler azerbaycan xeberleri dunyada son xeberler son xeberler bugun 2026 muharibe son xeber az valyuta mezennesi