Ermənistandan dəhşətli etiraf: sahib olduğumuz hər şey qonşulara aiddir və...
Ermənistanda daxili siyasi həyata dünyanın biganəliyi ölkədə sarsıdıcı bir hadisənin olmaması ilə əlaqədardır.
Publika.az xəbər verir ki, bunu erməni jurnalist Sergey Bablumyan yazıb.
Onun sözlərinə görə, Ermənistanın sahib olduğu, demək olar ki, hər şey ətrafındakı ölkələrlə əlaqəlidir, bu və ya digər şəkildə onların maraqlarına təsir edir: "Hər şeyi özünəməxsus bir qlobal çərçivədə görməyə vərdiş edən erməni ictimai rəyi gözlənilmədən həm baş nazir, həm komandası, həm də müxalifət hərəkatı liderinin qlobal əhəmiyyətli aktyorluqdan uzaq olduqları ilə qarşılaşdı.
Təslim olmaq istəmədim. Dünya mediasını vicdanla nəzərdən keçirdim, amma İrəvanın 2 əsas meydanında baş verən hadisələrə qarşı heç bir maraq tapmadım. Quru həqiqət ifadəsi, qısa məlumat, ən yaxşı halda - "nə bizim, nə də sizin" prinsipi ilə bağlı bir şərh. Bunun Rusiya, Türkiyə, Azərbaycan və qismən İrana aid olmadığı aydındır.
"Məxməri inqilab"dan sonra dünya mətbuatı Ermənistandakı heç bir hadisəyə ciddi reaksiya verməyib. Amerika Birləşmiş Ştatları belə Ermənistandakı hadisələrə rəsmi soyuqluqda reaksiya göstərərək yalnız vəziyyətin inkişafını yaxından izlədiklərini və münaqişənin artmasına səbəb olan hərəkətlərdən çəkindirməyə çağırdıqlarını qeyd edib.
Yaponiya siyasi elmlər doktoru Miyuki Çikauçi isə ölkə mediasına açıqlamasında hazırda Rusiya ilə Azərbaycan arasında yaxşı münasibətlər mövcudluğuna vurğu atıb. O, Ermənistan haqqında hamının bildiyi Rusiya ilə KTMT-də müttəfiqlik məsələsinə toxunmaqdan başqa heç nə demir.
Dünya yalnız Ermənistanda məşhur qadınların qeyri-rəsmi yolla dünyaya gətirdikləri uşaqlar, qalmaqalla boşanan cütlüklər və onların yataq şəkilləri ilə maraqlanır".
Zümrüd

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək