Ermənistandan GERİ ADDIM: "Biz Moskvada növbəti görüşə hazırıq"
"Bayramov və Lavrovla görüşün vaxtı "yetişib".
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan XİN rəhbəri Ararat Mirzoyan çərşənbə günü İrəvanda Xorvatiyanın xarici işlər naziri Qordan Qrlix-Radmanla birgə mətbuat konfransında bildirib.
Mirzoyan Moskvada Rusiya və Azərbaycanın xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramovla görüşməyə hazır olduğunu açıqlayıb.
"Biz xarici işlər nazirlərinin Moskva görüşünü ləğv etməmişik, onu təxirə salmışıq. Və müəyyən əlverişli məqamda bu görüşdən istifadə edəcəyik.
Görüş Moskvada və ya başqa yerdə ola bilər. Yer seçimi vacibdir, prosesə əhəmiyyətli dərəcədə təsir göstərir. Və biz Moskvada növbəti görüşə hazırıq", – deyə Mirzoyan çərşənbə günü Yerevanda Xorvatiyanın xarici işlər naziri Qordan Qrlix-Radmanla birgə mətbuat konfransında bildirib.
Xatırladaq ki, ötən ilin dekabrın 22-də Ermənistan XİN bu görüşdən imtina edib.
Xuraman Etibarlı,
KONKRET.az

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi