Ermənistandan milyonlarla dollar kapital çıxarılır - Parsyan
"Son aylarda təhlükəsizlik təhdidləri səbəbindən daşınmaz əmlak alqı-satqısında azalma müşahidə olunur. Əcnəbilər Ermənistanda daşınmaz əmlaklarını satmağa başlayıb. Bu isə o deməkdir ki, ölkədən milyonlarla dollar kapital çıxarılacaq".
KONKRET.azxəbər verir ki, bu barədə iqtisadçı Suren Parsyan yazır.
Onun sözlərinə görə, "2023-cü ilin aprelində əcnəbilər Ermənistanda 47 mənzil alıblar ki, bu da 2022-ci ilin aprel ayı ilə müqayisədə 41 və ya 46,6% azdır. Həmin dövrdə onlar 81 mənzil satıblar. Maraqlıdır ki, əcnəbilər xüsusilə aktiv şəkildə əldə etdikləri torpaq sahələrini (+14,8%) və fərdi yaşayış evlərini (+21,%) satmağa başlayıblar. Ümumilikdə daşınmaz əmlakın satışı üzrə əməliyyatlar 5,1% artıb.
Ermənistanda daşınmaz əmlakın əsas alıcıları Rusiya Federasiyasının vətəndaşlarıdır. Türkiyə vətəndaşlarının Ermənistanda mənzil və ya digər daşınmaz əmlak alması ilə bağlı səslənən statistika özünü doğrultmur.
Yekun olaraq deyə bilərik ki, əcnəbilər artıq Ermənistanda daşınmaz əmlak almır", – deyə Parsyan bildirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır