Ermənistandan TÜRKİYƏ QƏRARI: Uçuşlar başlayır

Ermənistandan TÜRKİYƏ QƏRARI: Uçuşlar başlayırTürkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılır.
Publika.az xəbər verir ki, Ermənistanın "FlyOne" aviaşirkətinin İrəvan-İstanbul və İstanbul-İrəvan arasında çarter reysləri ilə bağlı Aviasiya İdarəsinə müraciəti təsdiqlənib.
" "FlyOne Armenia" bu yaxınlarda həm Ermənistan, həm də Türkiyənin aviasiya idarələrinə İrəvandan İstanbula çarter reyslərinin təşkili xahişi ilə müraciət edib. Biz Ermənistanın aviasiya rəhbərliyinə razılıqlarına görə təşəkkür edirik" - "FlyOne"ın İdarə Heyətinin sədri Aram Ananyan deyib.
O, "Türkiyə bunu təsdiq edərsə, uçuşlar üçün cədvəl yaradılacaq" - deyə qeyd edib.
Ermənistan hökuməti həmçinin 2022-ci il yanvarın 1-dən Türkiyə mallarına qoyulan embarqonun aradan qaldırıldığını bəyan edib.
"Türkiyə mallarının ölkəyə idxalına tətbiq edilən embarqonun uzadılmamasına qərar verildi. Son 1 ildə türk mallarına qoyulan qadağanın həm müsbət, həm də mənfi nəticələri oldu. Müsbət təsirlərdən biri də yüngül sənaye, tikinti materialları, mebel və kənd təsərrüfatı sahələrində bir sıra startapların və ya istehsalın genişləndirilməsidir. Bununla belə, embarqonun əsas mənfi təsiri onun əks olunan inflyasiyaya əhəmiyyətli dərəcədə təsir etməsidir" - Ermənistan İqtisadiyyat Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.
Qeyd edək ki, hər iki ölkənin bu ay danışıqlara başlayacağı gözlənilir. Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu 2021-ci ilin yekunları üzrə qiymətləndirmə toplantısında ilk iclasın Moskvada keçiriləcəyini bildirib.
Akqabay

Dünya       Tarix: 01 yanvar 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Məhkəmədən İranın vurduğu sərnişin təyyarəsi ilə bağlı qərar

Kanada məhkəməsi 2020-ci ildə Tehran yaxınlığındakı təyyarə qəzasında həlak olan 6 nəfərin ailələrinə 84 milyon dollar təzminat müəyyənləşdirib. "Milliyet"ə istinadla xəbər verir ki, Ontario əyalətinin Ali Ədalə

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin

ABŞ Rusiya ilə razılaşmaya görə BU ÖLKƏLƏRİ qurban verəcək - ŞOK İDDİA

ABŞ Rusiya ilə strateji razılaşmaya Baltikyanı ölkələri qurban verə bilər. xəbər verir ki, bu barədə amerikalı analitik Devid Payn "The National Interest" jurnalında dərc olunan məqaləsində qeyd edib. Nəşrdə eksper

Haitinin Baş nazirinə sui-qəsd cəhdi oldu

Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər. "Telesur" kanalına istinadla xəbər verir ki, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib

ABŞ-ı qorxuya salan Rusiyanın ƏN TƏHLÜKƏLİ 5 SİLAHI

ABŞ-ın "19FortyFive" portalının şərhçisi Brent İstvud Rusiyanın 5 ən təhlükəli silahının siyahısını hazırlayıb. -a istinadla xəbər verir ki, siyahının ilk pilləsində "Poseydon" pilotsuz sualtı qayığı ye

Çində GÜCLÜ ZƏLZƏLƏ: xəsarət alanlar var

Çinin cənub-qərbindəki Yunnan əyalətində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Ninlan vilayətində, ocağı isə 10 km dərinlikdə yerləşib

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər

Rusiya qırıcıları İdlibi bombaladı

10 ildən artıqdır ki, zorakılıq və xaosun davam etdiyi Suriya yeni ildə qarşıdurmalara və hücumlara səhnə olur. "Reuters" Rusiya qırıcılarının ötən gecə İdlibi bombaladığı barədə xəbər yayıb. xəbər verir ki, "Reuters"


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler az bugünki xəbərlər cəbhədən son dəqiqə dunyada son xeberler