Ermənistanı bu aylarda aclıq gözləyir - Baqratyan
Ermənistanı qida böhranı gözləyir.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib. O, qida böhranının 2021-ci ilin yazında ortaya çıxacağını bildirib.
Baqratyan qida böhranına Qarabağ müharibəsi nəticəsində əkin sahələrinin əldən çıxmasının səbəb olacağını deyib:
"Mart, aprel, mayda aclıq baş verə bilər. Hələlik yaxşı heç nə görmürəm. Məsələ odur ki, bizim ciddi ərazi itkilərimiz oldu. Biz minlərlə hektar əkin sahəsini itirdik. Azərbaycana verilən hər yeni əraziyə görə biz kənd təsərrüfatı potensialımızı itiririk".
Qeyd edək ki, Ermənistan işğal etdiyi Dağlıq Qarabağ və ətrafındakı əraziləri istismar edir, orda həm də buğda əkirdi. Ərazilərimizin azad edilməsindən sonra xüsusilə Füzuli, Ağdam, Cəbrayıl rayonlarında olan əkin sahələrini Baqratyan həyasızcasına "ərazilərin verilməsi" kimi ifadə edir və bu, bir daha təsdiqləyir ki, erməni xalqı işğal altında saxladığı rayonlarımızın hamısını artıq "Ermənistan ərazisi" sayırmış.
Çox güman ki, ermənilərin işğal altında olan keçmiş DQMV-i və ətrafındakı rayonları təkcə dağıtması və təbii sərvətlərini mənimsəməsi deyil, həmçinin o torpaqları istismar etməsi də beynəlxalq məhkəmənin predmeti olacaq və buna görə Ermənistan təzminat ödəməyə məcbur ediləcək.

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı