Ermənistanı qorxu içində saxlayan Azərbaycan HƏMLƏSİ: Türkiyədən bu silahlar alınsa...
Azərbaycan Türkiyədən silahlı pilotsuz uçuş aparatları tədarük etsə, Ermənistana qarşı böyük üstünlük əldə olunacaq.
Publika.az xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev Türkiyə mətbuatına açıqlamasında bildirib.
C.Vəliyev türk dövlətləri düşmənlərinin bu razılaşmadan böyük narahatlıq keçirdiyini qeyd edib: "İşğala məruz qalan tərəf Azərbaycan, işğalçı tərəf isə Ermənistandır. Ölkəmiz Ermənistana qarşı beynəlxalq miqyasda təzyiq göstərilməsini gözləyir. Ermənistanın silahlandırılması reallığının ortaya çıxması Azərbaycan xalqında ciddi narahatlığa yol açıb. Rusiyanın Ermənistana silah göndərməsi istiqamətində yayılan xəbərlərdən sonra rəsmi Moskvanın daşınan yüklərin Ermənistandakı 102-ci hərbi bazanın təmiri ilə əlaqədar inşaat ləvazimatları olduğunu açıqlaması Azərbaycanı məmnun etməyib. Azərbaycanın mövqeyinə əsasən, yük nəqliyyatında istifadə ediləcək ən qısa yol Gürcüstan hava məkanı deyil, daha uzun yol olan Qazaxıstan, Türkmənistan və İranın hava məkanıdır".
Şöbə müdirinin sözlərinə görə, Rusiyanın Ermənistana silah yollamasında ilkin faktor NATO-dur: "Mütəxəssislər Rusiya-Ermənistan arasındakı hərbi əməkdaşlığın siyasi və geosiyasi səbəblərini bir neçə mövqedən dəyərləndirir. Birincisi, NATO-nun Şərqə doğru genişlənməsinin qarşısını almaq. İkincisi, Türkiyəyə Şərqdən təzyiq göstərmək. Üçüncüsü, Ermənistanı hərbi və siyasi cəhətdən özlərindən asılı halda saxlamaq. Dördüncüsü isə Azərbaycanla Ermənistan arasındakı hərbi balansı qorumaq".
C.Vəliyevin fikrincə, Türkiyənin PUA-ları döyüş bölgələrində aktiv olaraq istifadə etməyə başlaması döyüşlərin konseptini böyük ölçüdə dəyişdirib: Torpaqları işğal altında olan Azərbaycanın bunu diqqətdə saxlayaraq arsenalına PUA və SPUA daxil etməyə başlaması 2016-cı ilin aprel ayındakı döyüşlərdə və Tovuz hadisələrində Ordusuna böyük üstünlük qazandırdı. Bu, əslində, gələcəkdə baş verə biləcək daha ciddi döyüşdə Azərbaycan Ordusunun üstün döyüş qabiliyyəti sərgiləyəcəyi mənasına gəlir".
Zümrüd
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Antiterror əməliyyatı regiondakı siyasi reallığı necə dəyişdi? – Politoloqdan AÇIQLAMA