Ermənistanın Azərbaycana qarşı növbəti planı - MÖVQE
Ermənistanın Azərbaycana qarşı növbəti planı - MÖVQE
Azərbaycanın işğal altındakı torpaqlarına Ermənistanın muzdlular yerləşdirməsi faktları var.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Nurlan Həsənov deyib.
Millət vəkili qeyd edib ki, Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasətinə qarşı Milli Məclisdəki parlamentlərarası işçi qrupları səviyyəsində işlər görülə bilər.
Deputat Ermənistanın təxribatının Avropa Parlamentində müzakirəyə çıxarılmasını da vacib sayır.
"Biz faktları, dəqiq məlumatları beynəlxalq ictimaiyyətə çatdırırıq və bu proses davam etməlidir. Faktlar ortaya daha açıq şəkildə qoyulmalıdır", - deyə N.Həsənov təklif səsləndirib.
Parlamentarinin fikrincə, Ermənistan Livandan və Suriyadan gətirilən insanları qanunsuz şəkildə Qarabağda məskunlaşdırmaqla həm də əhalisinin sayını artırmaq istəyir. Bu isə Ermənistanın gələcəyə hesablanmış planıdır.
N.Həsənovun fikrincə, Ermənistan danışıqlarda Qarabağdakı ermənilərin sayının çox olmasını arqument kimi gətirə bilər.
"Bundan başqa, cəbhədə hərbi aktivlik artarsa, Ermənistan köçürülən əhalidən muzdlu əsgər kimi də istifadə edə bilər. Ermənistan Suriyada, Livanda hərbi təlimlər keçmiş erməniləri də Qarabağa yerləşdirə bilər", - deyə N.Həsənov əlavə edib.
Xatırladaq ki, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bəyanat verib.
Bəyanatda bildirilir ki, Ermənistan Livan və Suriya ərazisindən gətirilən şəxsləri qanunsuz şəkildə Azərbaycanın işğal altındakı ərazilərində yerləşdirir.
H.Hacıyev qeyd edib ki, Ermənistan həmin insanları muzdlular kimi hazırlayır.
Aqşin Kərimov
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Masallıda kişi evində ölü tapıldı
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."