Ermənistanın Azərbaycana təhvil verdiyi meyit qalıqlarının sayı açıqlandı

Ermənistanın Azərbaycana təhvil verdiyi meyit qalıqlarının sayı açıqlandı"Üçtərəfli Bəyanat imzalandıqdan qısa müddət sonra I Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid məzar yerlərinin müəyyən edilməsi, qazıntı və ekshumasuya işlərinin aparılması məsələsi gündəmə gəldi".
Bunu APA-ya müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.
"Bir məqamı xüsusilə qeyd etməliyəm ki, Ermənistanın bu sahədəki açıqlamaları daha çox imitasiya xarakteri və beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi daşıyır. Biz ötən müddət ərzində Ermənistandan I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin sonrakı taleyinin aydınlaşdırılması sahəsində məqsədyönlü fəaliyyətin şahidi olmamışıq. Məlumdur ki, I Qarabağ müharibəsində itkin düşmüş bütün şəxslər Ermənistan tərəfindən işğal edilmiş və bu ölkənin silahlı birləşmələrinin 30 il nəzarət etdiyi ərazilərdə itkin düşüblər. Yəni bu, o deməkdir ki, həmin şəxslər barədə məlumatlar daha çox Ermənistan tərəfdədir. Hətta Ermənistan rəsmiləri bunu inkar belə etmirlər, onlar mətbuata açıqlamalarında bunu təsdiq edən fikirlər səsləndiriblər", - deyə İsmayıl Axundov bildirib.
O qeyd edib ki, üçtərəfli Bəyanatdan sonra Ermənistan tərəfinin bu sahədə müəyyən addımlarına şahid olublar, ancaq bu, itkin düşmüş şəxslərin tapılması və qarşıda duran vəzifələrin icrası üçün adekvat sayıla bilməz:
"Hətta çəkinmədən deyə bilərəm ki, Ermənistan tərəfindən meyit qalıqlarının verilməsi texnologiyası onların eyniləşdirilməsi sahəsində əlavə çətinliklərin yaranmasına səbəb olur. Meyit qalıqları dünyada qəbul edilmiş qaydalara uyğun ekshumasiya edilməli və xüsusi qaydalarda qablaşdırılmalı və daşınmalıdır. Bu qaydalara əməl edilmirsə, nəticənin əldə edilməsi bir çox hallarda mümkün olmur".
Dövlət Komissiyasının katibi vurğulayıb ki, qarşı tərəf hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında olan ərazidən 2021-ci ilin fevral ayından 2022-ci ilin dekabr ayınadək 67 meyit kisəsində 148 şəxsə aid olduğu bildirilən qarışıq meyit qalıqlarını təhvil verib:
"Lakin mütəxəssislər tərəfindən aparılmış araşdırmalar və təyin edilmiş müvafiq ekspertizalar nəticəsində qarşı tərəfdən verilmiş qarışıq meyit qalıqlarının 117 şəxsə aid olduğu müəyyən edilib". / azxeber.com

Siyasi       Tarix: 13 mart 2023
f Paylaş

Oxşar xəbərlər

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian

Biz İran xalqına xidmət etməyə borcluyuq. Ali dini rəhbərimiz (Müctəba Xamenei – red) ABŞ-la "nə müharibə, nə də sülh" vəziyyətinə son qoyulması ilə bağlı göstəriş verib. xəbər verir ki, bunu İran Prezidenti Məsu

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Şimali Kipr Türk Respublikasından Azərbaycana təbrik

Şimali Kipr Türk Respublikası (ŞKTR) Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi öz "X" hesabındakı paylaşımda bildirib

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi görüşdən və iki ölkə arasındakı münasibətlərdən danışıb. KONKRET.azxəbər verir ki, Ərdoğanın noyabrın 8-də Azərbaycana səfərində

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler cəbhədən son xəbərlər cəbhədən ən son xəbər bu gunun xeberleri