"Ermənistanın KTMT-dən çıxması Ukraynanın qələbəsini yaxınlaşdıracaq" - Erməni politoloq
"Ermənistanın KTMT-dən çıxması Ukraynanın qələbəsini daha da yaxınlaşdıracaq".
KONKRET.az xəbər verir ki, bu sözləri erməni politoloq Andrias Qukasyan deyib.
O hesab edir ki, əgər indi ermənilər demarş edib KTMT-ni tərk etsələr, bu, Ukraynadakı müharibəyə ciddi təsir edəcək, qələbəni yaxınlaşdıracaq və minlərlə insanın həyatını xilas edəcək.
Qukasyanın sözlərinə görə, Rusiyanın təhlükəsizlik sistemindən çıxarlarsa Qərb Ermənistanın xərclərini ödəməyə, dəymiş ziyanı aradan qaldırmağa və təhlükəsizlik sisteminin bərpasına yardım etməyə hazırdır.
"Biz bu fürsətdən yararlanmalıyıq. Bir-iki ildən sonra Ukrayna görünən, nəzərəçarpacaq nəticələr əldə etdikdə bizim itkilərimizi heç kim kompensasiya etməyəcək, mövqeyimizdəki dəyişiklik artıq heç bir nəticə verməyəcək", – deyə Qukasyan bildirib.
Günel Mikayılova,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi