Ermənistanın yeni Baş Qərargah rəisi bəyanat yaydı
Silahlı qüvvələr siyasi məsələlərdə neytrallığını qoruyub saxlayacaq.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Ermənistan Baş Qərargahının yeni rəisi Artak Davtyan yaydığı bəyanatda bildirib.
O deyib ki, silahlı qüvvələr qarşısına qoyulan tapşırığı yerinə yetirəcək və Ermənistanın təhlükəsizliyini təmin edəcək.
O, Baş Qərargahın baş nazir Nikol Paşinyanın istefasını tələb edən bəyanatından sonra situasiyanın ordu rəhbərliyində həll edildiyini, prosesin qanuni müstəviyə keçdiyini vurğulayıb:
"Ermənistan silahlı qüvvələri, Konstitusiyaya uyğun olaraq hökumətə tabedir və siyasi məsələlərdə neytrallığını saxlayır, təhlükəsizliyi, Ermənistanın ərazi bütövlüyünü və toxunulmazlığını təmin edir".
Qeyd edək ki, bu gün Nikol Paşinyan Artak Davtyanın artıq Baş Qərargah rəisi vəzifəsinin icrasına başladığını bildirib.
Davtyan 24 may 2018-ci ildən Baş Qərargah rəisi vəzifəsinə təyin edilmişdi. Lakin koronavirus məhdudiyyəti zamanı oğluna toy etdiyi üçün vəzifəsindən azad edilmişdi.
Baş Qərargahın Paşinyana qarşı son bəyanatından sonra baş nazir Davtyanı yenidən bu vəzifəyə təyin edib.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək