Ermənistanla danışıqlar - Bu müddəalar müqaviləyə salınmaya bilər

Ermənistanla danışıqlar - Bu müddəalar müqaviləyə salınmaya bilər"Paşinyanın Azərbaycanla sülhlə bağlı irəli sürdüyü üç bənd bizim üçün yenilik deyil. Bu prinsiplər Azərbaycan tərəfindən dəfələrlə qaldırılan məsələdir".
Bunu KONKRET.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib:
Ermənistanla danışıqlar - Bu müddəalar müqaviləyə salınmaya bilər"Nəzərə almaq lazımdır ki, Azərbaycan Ermənistanla sülh üçün lazım olan beş maddəlik təklif irəli sürmüşdü. Bir il bundan əvvəl irəli sürülən beş maddəlik təklifi Ermənistanın rəsmi dairələri qəbul etdiklərini söyləmişdilər. Həmin beş maddənin içərisində onsuzda iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması, sərhədlərin delimitasiya və demarkasiyası və digər məsələlər əks olunmuşdu. Nikol Paşinyanın üç bənddən danışması və Azərbaycanın daha əvvəl təklif etdiyi beş maddədən kopeistlərin olması, həmçinin Tbilisidə Ermənistanın təklif etdiyi kommunikasiya xəritələrindən də görürük ki, Azərbaycanın təkliflərindən çıxarılmalar var. Sülh müqaviləsindən sonra əsas məsələ delimitasiya ilə bağlı məsələdir. Çünki artıq xeyli müddətdir ki, Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya işləri ilə bağlı əməli addımlar atılmır. Bu da praktiki olaraq işlərin ləng şəkildə irəlləməyinə səbəb olur. Delimitasiya ilə bağlı SSRİ arxivlərində saxlanılan xəritələr var. Ermənistan xəritə məsələsində də manipulyasiya edərək ancaq özünün maraqlarını ehtiva edən, rəsmi hüququ olmayan və Sovet dövründəki erməni topoqraflar və kartoqraflar tərəfindən tərtib edilən qondarma hansısa xəritələrə istinad etməyə çalışır. Bunu da haqlı olaraq Azərbaycan qəbul etmir. Bundan sonra delimitasiya məsələsində xəritələrlə bağlı ciddi müzakirəyə ehtiyac var".
Sülh müqaviləsində yer alan digər məsələlərdən danışan politoloq bildirib ki, Azərbaycan sülh danışıqları prosesində Qərbi Azərbaycandan didərgin salınan soydaşlarımızın öz yurd-yuvalarına qayıdışı məsələsinin də müzakirə edilməsini istəyir: "Qərbi Azərbaycana qayıdış da danışıqların predmeti ola bilər. Ola bilsin ki, ilin sonuna doğru imzalanacaq ilkin sülh müqaviləsində Qərbi Azərbaycanlıların qayıdışı məsələsi predmet kimi götürülməsin. Amma mütləq şəkildə artıq Qərbi azərbaycanlıların qayıdış məsələsinin Ermənistan tərəfi ilə müzakirə ediləcəyi ehtimal olunur. Hər halda soydaşlarımızın doğma yurdlarına dinc qayıdışı həm də Ermənistanın üzərinə təhlükəsizliklə bağlı ciddi çağırışlar qoyur. Qayıdış prosesində Ermənistan hüquq-mühafizə orqanlarının və təhlükəsizlik qüvvələrinin də üzərinə iş düşür. Ona görə də dinc qayıdış prosesini müzakirə edərkən Ermənistan dövlətinin öz üzərinə düşən öhdəliklərə nə qədər əməl edib-etməyəcəyi məsələsi də danışıqların əsas predimeti olacaq".
Vəli Həsənov
KONKRET.az

Siyasi       Tarix: 01 noyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az bu gun cəbhədən son xəbər cəbhədən son durum axsam.az xeberler